Günel Güləddin qızı Həmzəyeva 24 iyul 1985- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Təhsili:
1992- ci ildə Bakı şəhər Binəqədi rayon 30№ li məktəbin 1-ci sinfinə daxil olub.
2003- cü ildə Quba rayon İsnovqışlaq kənd məktəbini bitirib.
2003- cü ildə Bakı Dövlət Universtetinin Coğrafiya fakültəsinə qəbul olub.
2008- ci ildə Universteti bitirib.
2013-cü ildə Lənkəran Dövlət Universtetinin Coğrafiya fakültəsinə daxil olub.
2015- ci ildə Magistr dərəcəsi almışdır.
2019- cu ildə MÇETİ- nin dokturanturasına qəbul olub.
Əmək fəaliyyəti:
2003-2008- ci illərdə Quba rayon İsnovqışlaq kənd orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstərib.
2008-2017- ci illərdə Quba rayon Vəlvələ kənd orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstərib.
2017- ci ildən Şabran şəhər 3N÷li tam orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstərir.
2013- cü ildə APDU- nun Quba filialının “Təbiət fənləri və onun tədris metodikası” kafedrasında müəllim kimi çalışır.
1 kitab, 1 metodik vəsait və 7 elmi məqalənin müəllifidir.
Ailəlidir,1qızı var.