Gələcəyin müəllimi” məqsədli təqaüdü alan tələbələrlə görüş keçirildi

Gələcəyin müəllimi” məqsədli təqaüdü alan tələbələrlə görüş keçirildi

ADPU Quba filialında “Gələcəyin müəllimi” məqsədli təqaüdü alan tələbələrlə görüş keçirilib. Tədbirdə filialın direktoru Yusif Alıyev, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova, Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova və bu təqüdə layiq görülən tələbələr iştirak ediblər.

Onlayn şəkildə Zoom platforması üzərindən keçirilən görüş filialın direktoru Yusif Alıyevin çıxışı ilə başlanıb. Direktor bu təqaüdü dövlətin təhsilə qayğısı adlandırıb. Bildirib ki, son illərin statistikasına görə, abituriyentlər 845 tələbəsi olan filialı seçərkən onu ilk sıralarda, məqsədli şəkildə qeyd edirlər: “Filialımıza bu il 93 nəfər əlavə təqaüd yeri verilib. 162 nəfər isə əsas təqaüd yeri var. Bu o deməkdir ki, filialda 255 nəfər təqaüd alır”.

Daha sonra direktor təqaüd alan tələbələrin adlarını açıqlayıb. Bildirib ki, 6 tələbə 500 dən yuxarı bal toplayaraq “Gələcəyin müəllimi” məqsədli təqaüdünə layiq görülüb. Həmçinin vurğulanıb ki, yaxın gələcəkdə filialda adlı təqaüdlərlə yanaşı, adlı diplomlar, fəxri fərmanlar da olacaq. Müəyyən yüksək təhsil göstəricilərə sahib insanlar Mikayıl Müşfiq fəxri diplomu ilə mükafatlandırılacaqlar. Həmçinin tələbələrin elmi tədqiqata yönəldilməsi məqsədilə uğurlu elmi tədqiqat işi yazanlara mükafatlar veriləcək.

Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova bildirib ki, bu günə qədər 12 nəfər tələbə məqsədli təqaüdə layiq görülüb. Valideyn himayəsindən məhrum olan tələbələrə dövlət qayğısı da vurğulanıb. Qeyd edilib ki, təqaüdün 4 tipi üzrə işlər yekunlaşdırlıb. Təsdiqləndikdən sonra təqaüd əməliyyatları mühasibatlıq tərəfindən yerinə yetiriləcək.

Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova da tələbələrin buna layiq olduqlarını xatırladıb. Onları növbəti semestrlərdə estafeti əldən verməməyə çağırıb və hər kəsə uğurlar arzulayıb.

Daha sonra təqaüd alan tələbələrin təklifləri dinlənib, sualları cavablanıb. Prosesin şəffaflığı barədə bütün məsələlərə aydınlıq gətirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?