Fizika elmləri doktoru Yusif Alıyev Qərbi Kaspi Universitetində keçirilən konfransda iştirak edib

23.05.2024
Fizika elmləri doktoru Yusif Alıyev Qərbi Kaspi Universitetində keçirilən konfransda iştirak edib

22 may 2024-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların

“Qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfransda Quba filialının direktoru f.e.d., dosent, Yusif Alıyev də iştirak edib.

Plenar iclasda məruzələrlə AMEA Radiasiya İnstitutunun professoru İslam Mustafayev, AMEA, Fəlsəfə İnstitutunun professoru Sakit Hüseynov, Qərbi Kaspi Universitetinin professoru Adıgözəl Dosiyev və Quba filialının direktoru f.e.d., dosent, Yusif Alıyev çıxış etmişlər.

Quba filialının direktoru f.e.d., dosent Yusif Alıyev öz çıxışında konfransda iştirak edən 100 -dən çox tədqiqatçıya diqqət çəkərək qeyd etmişdir ki, belə konfransların keçirilməsi həm gənc tədqiqatçıların elmi araşdırmalara yönəldilməsi, həm də ali təhsil müəssisələrinin beynəlmiləşməsi üçün olduqca əhəmiyyətli rol oynayır. Həmçinin belə konfransların ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyi qarşısında qoyduğu və azərbaycançılıq ideologiyası ətrafında layiqli kadrlar kimi inkişafına aparan yolun əsas mayaklarından biri olduğunu da qeyd etmişdir.

Plenar iclasdan sonra konfrans öz işini 4 bölmə üzrə davam etdirmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?