Filialının tələbələri Quba-Xaçmaz Regional Təhsil İdarəsində təcrübə keçdi

14.06.2024
Filialının tələbələri Quba-Xaçmaz Regional Təhsil İdarəsində təcrübə keçdi

Quba filialının bir qrup tələbəsi könüllülük prinsipi əsasında 15 aprel 2024-cü il tarixindən 24 may 2024-cü il tarixinədək Quba -Xaçmaz Regional Təhsil İdarəsində təcrübə proqramında iştirak edib. Təcrübə müddətində fəal iştirak edən tələbələr, o cümlədən, işgüzarlığı, çalışqanlığı və biliyi ilə fərqlənərək sertifikatlara layiq görülüblər.

Sertifikatlar tələbələrə filialın direktoru dosent Yusif Alıyev tərəfindən filialın Heydər Əliyev lektoriyasında təqdim olunmuşdur.

Dosent Yusif Alıyev Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyevə tələbələrə təcrübə müddətində yaradılan yüksək səviyyəli şəraitə görə təşəkkür ünvanlayıb, bu ilk layihədən ilhamlanaraq əməkdaşlıq istiqamətində yeni layihələrin yaranacağını bildirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?