Filialın rəhbərliyi və əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Qəhrəman Azərbaycan xanımını – Şəhid Anasını təbrik edib

09.03.2022
Filialın rəhbərliyi və əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Qəhrəman Azərbaycan xanımını – Şəhid Anasını təbrik edib

Bu gün filialın kollektivi Vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən Yaşar Xudayevin qəhrəman anasını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Şəhidin atası Əli kişi ziyarət zamanı bildirib ki, belə mənəvi dəstəkləri həmişə yüksək qiymətləndirib,filialın direktoruna,  müəllim yoldaşlara təşəkkür edib.

Dos.Yusif Alıyev də vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımıza olan mənəvi borcumuzdan, onların gənclərə, tələbələrə örnək, şərəfli həyatlarından qəhrəmanlıqlarından bəhs edib, Şəhid valideynlərinin qürur və ucalıq rəmzi olduğundan danışıb. Daha sonra Şəhidin valideynlərinə filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədovun “44 günlük tarixi möcüzə” və filialın Pedaqoji fakültəsinin dekanı f f.d.Qələmşah İdrisovun “Zəfər çələngi” kitabları hədiyyə edilib. Şəhidimizin Qəhrəman anası, bacılarına gül dəstələri təqdiç edilib.

Sonda kollektiv Quba rayonu Dağlı kəndində yerləşən, Şəhidimizin adına inşa edilən “Yaşar Bulağı”nı ziyarət edib.

Yaşar Əli oğlu Xudayev 1999-cu il noyabrın 1-də Quba şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaşar Xudayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində rayonlarımızınişğaldan azad olunmasında fəal iştirak edib. Yaşar Xudayev sentyabrın 27-də Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Quba şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Xudayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Xudayev ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?