
İclası açıq elan edən Tədris şöbəsinin müdiri Mələk Bağırova Təhsil proqramlarının və fənlərin təlim nəticələri, Təhsil proqramlarının strategiyası və iş planı, eləcə də akademik və inzibati, tədris-köməkçi heyət arasında keçiriləcək sorğu sualları müzakirə edilmişdir. Yuxarıda qeyd olunmuş məsələlər haqda komissiya üzvləri Pərvanə Rzayeva, Mürvət Əliyev, Samirə Hacıyeva, Nubar Bayramova, Hikmət Musayev, Səidə Qurbanova çıxış etmiş və digər üzvlərin də təklif və fikirləri dinlənilmiş, iş bölgüsü aparılmışdır.






