Dosent Yusif İmrayıl oğlu Alıyev

Ana səhifə » Dosent Yusif İmrayıl oğlu Alıyev

Yusif  İmrayıl oğlu Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olub.

1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir.

2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavraturasını “fiziki elektronika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin magistraturasını “optoelektronika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Akdemik H.M. Abdullayev adına Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasında kiçik elmi işçi kimi başlamış, 2019-cu ilədək elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda 2011-2013-cü illərdə AMEA-nın Fizika İnstitutunun mətbuat xidmətinin rəhbəri olmuşdur.

2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan baş leytenantdır.

2004-2008-ci illərdə AMEA-nın Fizika İnstitutunun dissertanturasını oxuyub.

25 noyabr 2009-cu ildə AMEA-nın Fizika İnstitutunda “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə “Bəzi mis və gümüş halkogenidlərində kation və anionların qismən əvəz edilməsinin polimorf çevrilmə mexanizminə təsiri” mövzusunda dissertasiya işi müdafiə edərək 22 iyun 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  qərarı ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

1 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir.

14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləmişdir.

15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri (ictimai əsaslarla) və baş mütəxəssis vəzifələrində işləmişdir.

20 fevral 2017-ci ildən 10 sentyabr 2017-ci ilədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) vəzifəsində işləmişdir.

15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedagoji Unversitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

03 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Pedagoji Unversitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

27 avqust 2019-ci il tarixində Azərbaycan Dövlət Pedagoji Unversitetinin Quba filialına direktor vəzifəsinə təyin olunub.

2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2017-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Şurasının üzvü seçilmişdir.

2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Elm Fondunun təsis etdiyi “Akademik H.M. Abdullayev adına mükafat Diplomu” ilə təltif olunmuşdur.

2010-cu ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu tərəfindən Jurnalist yazı müsabiqəsinin qalibi olduğuna görə “Diplom” mükafatla təltif olunmuşdur.

2011-ci ildə İsveçrənin “The World Federation of Scientists” elmi mərkəzinin gənc alimlər üçün dəstək Fondunun təqaüdünü qazanmışdır.

2013-cü ildə Səməd Vurğun Fondu tərəfindən “Səməd Vurğun mükafatı” ilə təltif olunmuşdur.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olmuşdur.

2009-2020-ci illərdə Dövlət İmtahan Mərkəzi ilə (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) əməkdaşlıq etmişdir.

“Jomard Publishing” nəşriyyatının “Advanced Physical Research” (ISSN 2663-8436) jurnalının redaksiya heyətinin üzvüdür.

BEYNƏLXALQ KONFRANS VƏ SİMPOZİUMLARDA İŞTİRAKI:

25-29 avqust 2008 International Conference on Superconductivity and Magnetism (ICSM-2008), Side-Antalya, Turkey
6-10 dakabr 2010 XIV Национальная конференция по росту кристаллов (НКРК-2010),  Институт Курчатовская, Москва, Россия
12-15 may 2011 Advances in Applied Physics and Materials Science (APMAS 2011), Antalya-Kemer, Turkey
29 aprel – 4 may 2012 “3rd International Conference on Superconductivity and Magnetism – ICSM-2012”, İstanbul, Turkey
11–16 mart 2013 XLVII Школа ФГБУ «ПИЯФ» По физике конденсированного состояния ФКС–2013, Санкт-Петербург, Россия
28 oktyabr– 01 nayabr 2013 Международная молодежная научная школа “Современная нейтронография”, Россия, Дубна
14-15 nayabr 2013 Международная конференция, посвященная 70-летию Физико-технического Института Академия Наук Республики Узбекистан Физико-Технический Институт НПО “Физика-Солнце” “Фундаментальные и прикладные вопросы физики”, Узбекистан, Ташкент
14-19 mart 2016 50-я Школа ФГБУ «ПИЯФ» По физике конденсированного состояния ФКС–2016, Россия, Санкт-Петербург
26-27 iyul 2018 7th Rostocker International Conference: “Thermophysical Properties for Technical Thermodynamics” (THERMAM 2018) Institute of Technical Thermodynamics University of Rostock, Rostock, Germany
23-27 august 2019 

 

The 1st international summer academy, “Improving the efficiency of the university education system and scientific research in the framework of the interaction of national educational systems in the cis countries”, Chisinau, Republik of Moldova

61 elmi məqalə (31 məqalə SCI jurnallarda) və tezisin müəllifidir.

Nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunan məqalələr:

The behavior of thermodynamic kinetic on Bi2Se3 compound by 131Xe ion implantation 2020 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984920504175
High-temperature X-ray diffraction study of Ag2S-Cu2S system 2020 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984921500184
Study on the Thermodynamic Behavior of Sb-Te Binary Systems with Swift Heavy- Ions Irradiation at the High Temperatures 2020 https://link.springer.com/article/10.3938/jkps.77.240
Structural and thermal properties of Cu1.75xMxTe crystals 2020 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217979220501805
Effect of the Se→Te substitutions on thermal properties of binary Bi2Se3 semiconductor 2020 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984920501560
Structural aspects of thermal properties of AgCuS compound 2020      https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984920500669
Effect of high intense electron beam irradiation on structural and Raman properties of boron carbide micro powder 2020 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217979220500083
Behavior of thermal properties of AgCu1xFexS compounds under non-isothermal conditions 2019 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217979219503399
Polymorphic transformations and thermal expansion of some modifications in Ag1.5Cu0.5Se and Ag0.4Cu1.6Se 2019 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217979219502710
Electron structure and density of states’ calculations of Ag2S and Ag2Se crystals from first-principle 2019 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984919502427
Influence of partial substitution of Cu atoms by Zn and Cd atoms on polymorphic transformation in the Cu1.75Te crystal 2019 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984919501288
Effect of gamma irradiation on microstructure of the layered Ge0.995Nd0.005S 2019 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984919501045
Electronic structure and density of states in hexagonal BaMnO3 2018 https://www.worldscientific.com/doi/abs/10.1142/S0217984918501865
Rb1 – xCs x NO3 (x = 0.025, 0.05, 0.1) Single Crystals and Their High-Temperature X-Ray Study 2018 https://link.springer.com/article/10.1134/S106378261806009X
The structural and vibrational properties of ni-doped chalcopyrite CuFeS2 2018 https://chalcogen.ro/165_AliyevYI.pdf
Temperature-Induced structural phase transformations in Cu1.50Zn0.30Te and Cu1.75Cd0.05Te single crystals 2017 https://link.springer.com/article/10.1134/S1063774517040022
Influence of cation substitution on the polymorphic transformation in Ag2–х Cu х S (х = 0.45, 0.8, and 1.07) crystals 2017 https://link.springer.com/article/10.1134/S1063774517040046
Polymorphic transformations and thermal expansion in AgCuSe0.5(S,Te)0.5 crystals 2017 https://link.springer.com/article/10.1134/S1063782617060045
Structural phase transitions of polycrystalline Cu4SeTe 2015 https://link.springer.com/article/10.1134/S0020168515070018
Polymorphic transformations in Cu2Se, Ag2Se, AgCuSe and the role of partial cation-cation and anion-anion replacement in stabilizing their modifications 2015 https://link.springer.com/article/10.1134/S106377961503003X
Structural phase transitions and electrical properties of solid solution crystals Cu2Te0,75Se0,25 2013 https://www.osti.gov/etdeweb/biblio/22293804
Growth of Rb0.90Cs0.10NO3 crystals and their X-ray diffraction analysis 2012 https://link.springer.com/article/10.1134/S1063774512060077
Structure and Phase Transitions of Cu4Se1.5Te0.5 2011 https://aip.scitation.org/doi/abs/10.1063/1.3663166
Polymorphic transformation of Cu1.80Te crystals 2011 https://link.springer.com/article/10.1134/S0020168511030010
The structure and magnetic properties of Fe1.2In1.87Se4 single crystals 2009 https://iopscience.iop.org/article/10.1088/1742-6596/153/1/012040/meta
X-ray diffraction study of compounds in the Ag2S-Cu2S system 2008 https://link.springer.com/article/10.1134/S0020168508050051
Effect of selenium or tellurium substitution for half of the sulfur atoms in AgCuS on its structure and the temperatures of its polymorphic transformations 2008 https://link.springer.com/article/10.1134/S0020168508040031

Ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, lisey şagirdləri üçün 5 metodik vəsaitin həmmüəllifidir.

2011 “Mexanika və molekuyar fizika” // Dərs vəsaiti, Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 117 s.
2012 “Elektrik və optika” // Dərs vəsaiti, Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 278 s.
2014 “Atom və nüvə fizikası” // Dərs vəsaiti, Gəncə: “Gəncə Poliqrafiya” ASC nəşriyyatı, 194 s.
2014 “Mexanika” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 393 səh.
2014 “Технология модульных уроков” // Təbiət elmləri pedaqoqları üçün vəsait, Bakı: “Mutərcim” nəşriyyatı, 74 səh.
2015 “Optika və kvant fizikası” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 322 səh.
2015 “Molekulyar fizika” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 244 səh.
2015 “Elektrodinamika” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 432 səh.
2016 “Ümumi fizika kursu üzrə məsələlər (həlli ilə)” Dərs vəsaiti, Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 234 s.

2018-ci ildə AMEA-nın Fizika İnstitutunda “Kristalloqrafiya, kristallar fizikası” üzrə elmlər doktorluğu proqramı üzrə doktaranturaya daxil olmuş və hazırda dissertasiya işinin elmi-tədqiqat hissəsini yekunlaşdırmışdır.

Ailəlidir, 2 oğlu var.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?