Dosent Yusif Alıyevin Qurban Bayramı münasibətilə təbriki

Əziz əməkdaşlar, filialın dəyərli professor, müəllim və tələbə kollektivi!
Sizlərin hər birinizi müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzularımı çatdırıram.
Həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına, xalqımıza səbir arzu edirəm.
Müqəddəs Qurban Bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Allahın adına qurbanlar kəsir, Allah yolunda bu qurbanlardan sədəqə verirlər. Tolerantlığın və multikulturalizmin örnəklərindən olan ölkəmizdə ayrı-ayrı xalqların və dinlərin mənsubları səmimi, mehribanlıq, sülh şəraitində yaşayır.Bu bayramın da yüksək səviyyədə qeyd edilməsi Azərbaycanda xalqımızın dinimizə verdiyi dəyərin bariz nümunəsidir ki, bizlər Allah və din yolunda mənəvi borclarımızı layiqincə yerinə yetirir, xeyirxah əməllərimizlə çalışırıq ki, cəmiyyətimizdə sülh və firavanlıq daha da güclənsin.
Son zamanlar filialın da inkişaf dinamikası da artan xətt üzrə gedir. Yeni qəbul ixtisaslarının yaradılması, tələbə sayının artırılması, imtahanların uğurla başa çatdırılması, filialda yeni kadr dəyişikliklərinin həyata keçirilməsi, müxtəlif yeni layihələrin icrası filial kollektivində yüksək bayram əhvalını öncədən yaradıb. Bir rəhbər olaraq bu məni olduqca sevindirir, çünki kollektivin maddi rifah halı, mənəvi ruh yüksəkliyi hər zaman diqqətimdə olmuşdur.
Bu dəfə də bayram günlərində filialda əməkdaşların sosial rifah halının yüksəldilməsi məqsədilə, Bayram günü münasibətilə bütün kollektiv nümayəndələrinə mükafatlar yazılmışdır.
Bir daha hər birinizə ən gözəl arzu və təbriklərimi çatdırır, sizlərə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!