“Dərdimi yazan olaydı”

ADPU-nun Quba Filialının tələbəsi Amil Bəxtiyarın “Dərdimi yazan olaydı” adlı kitabının təqdimatı keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialının akt zalında filialın “Təhsildə sosial və psixoloji xidmət” ixtisasının IV tədris ili tələbəsi Amil Bəxtiyarın “Dərdimi yazan olaydı” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov,  Quba Viqas Medin ( Psixoloji və Nitq İnkişafı Mərkəzi)  rəhbəri Fidan Qasımova, müəllim və tələbə kollektivi iştirak edib. Tədbirdə çıxış edənlər əslən Laçın rayonundan olan Amil Bəxtiyarın yaradıcılığındakı vətən, yurd nisgilinin hiss olunduğunu xüsusi vurğulayıb, onun kitabındakı məhəbbət və fəlsəfi mövzularda olan şeirlərin dərin mənaya malik olduğunu qeyd edib,  gənc yazara gələcəkdə yaradıcılıq uğurları arzu ediblər.

Tədbirdə həmçinin gənc şairin tələbələr Qeyrət Əmirov, İsrafil Qayıbov, Nizami Məmmədzadə, Aytən Məmmədova və digərləri tərəfindən “Adsız”, “Bir-bir”, “Üstə”, “Bir gün azad olar əsir Qarabağımız”,”Gözlərin nə yaman qəribə baxır”, “Qara küçələr”, “Bir vaxt deyirdim ki sənsiz ölərəm” adlı şeirləri səsləndirilib.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir