Bu gün Beynəlxalq Təhsil Günüdür

Bu gün Beynəlxalq Təhsil Günüdür

2015-ci ilin sentyabr ayında BMT-nin üzv dövlətləri bəşəriyyətin xilası naminə Qlobal Məqsədlərlə bağlı bir razılaşma sazişi imzaladılar və bütün üzv dövlətlər tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədləri adlı prioritet müəyyən olundu. İnsanları hərtərəfli, ədalətli və keyfiyyətli təhsillə təmin etmək və hamı üçün bütün həyatı boyu təhsil imkanının qazandırılması üçün 17 məqsədin biri də “Keyfiyyətli təhsil” məqsədi idi. Həmçinin digər məqsədlərin də hər birinin uğur qazanması üçün təhsilin önəmli olduğu qeyd edilirdi.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyini qeyd edərək 3 dekabr 2018-ci ildə 24 yanvar tarixinin “Beynəlxalq Təhsil Günü” elan edilməsi barədə qətnamə qəbul etməsindən sonra dünya dövlətləri təhsilə diqqət və qayğını daha da artırmış oldu.
Bu gün Azərbaycanda müəllim kadrların hazırlanması istiqamətində böyük işlər görən, təhsilin bütün pillələri üzrə savadlı pedaqoqların yetişdiyi məkana çevrilən Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkənin təhsil siyasəti istiqamətində uğurlu fəaliyyət göstərən, xüsusi çəkiyə malik universitetdir. Böyük Pedaqoji universitet ailəsinin bir hissəsi olan ADPU-nun Quba filialı da Şimal regionunda yüksək ixtisaslı kadr hazırlığı istiqamətində mükəmməl təhsil verməyi qarşısına məqsəd qoymuş, böyük hədəflər naminə çalışan və fəaliyyət göstərən ali təhsil ocağıdır.
ADPU-nun Quba fililının “Strateji inkişaf” planına müvafiq olaraq öz hədəflərimizi “Qısa, orta və uzunmüddətli inkişaf hədəfləri” sənədində göstərmişik. Bütün hədəflərimiz dəyərli müəllimlərimizin təkmilləşdirilməsinə, maddi vəziyyətinin yaxşılaşdırılmasına, sevimli tələbələrimizin yüksək təhsil göstəricilərinə sahib olmasına, onların təhsil aldıqları dövr ərzində ləyaqətli vətəndaş, bütöv şəxsiyyət kimi yetişmələri üçün bir çox işlər planlaşdırmışıq ki, fəaliyyətimizi də onların hər birinin icra edilməsi istiqamətində qurmuşuq.
Artıq ADPU-nun Quba fililının ortamüddətli inkişaf hədəfləri üzərində çalışırıq. Filialda yeni təsis edilmiş tələbə klubları və birlikləri vasitəsilə müasir dövrün tələbləri əsasında tələbələrimizin sosial həyata adaptasiya proseslərini, onların yerli və beynəlxalq layihələrdə iştirak arzularını, dil öyrənmək imkanlarını, bir sözlə asudə vaxtlarının daha səmərəli təşkili və istedadlarının daha tez üzə çıxarılması istiqamətində işlərə start verilmişdir.

Qeyd etmək istərdim ki, ADPU-nun Quba filialının fəaliyyəti bütünlüklə ictimaiətə açıqdır. Hədəfləri can Azərbaycanın inkişafına yönəlmiş istənilən media mənsubları, QHT rəhbərləri istədikləri vaxt ADPU-nun Quba filialında dərs proseslərini izləyə, şəffaf və ədalətli imtahan prosesləri, məqsədyönlü kadr islahatları, sağlam təməllər üzərində qurulmuş rəqabətli və həmrəylik prinsiplərinə dayanan tələbə mühiti ilə yaxından tanış ola, birgə layihələr həyata keçirə, irad və təkliflərini söyləyə bilərlər.

Əziz dostlar, hörmətli həmkarlar, paylaşdığımız elanda da, Filialda yeni təsis edilmiş və yenidən restavrasiya olunmuş tələbə Klub və birliklərinin bəzisi haqqında məlumat verilib və onların sədr və müavinlərinin seçilməsi ilə bağlı vakansiya yerləşdirilmişdir.

Uğurlar, əziz və dəyərli tələbələrimiz! Sizlərdən uğurlu gələcək istədiyimiz üçün, sizlərə xoşbəxt bu gün verməliyik!

Beynəlxalq Təhsil Gününüz qutlu olsun, dəyərli müəllimlərimiz! Biz bütün uğurlarımızı sizlərlə birlikdə qazanırıq!

ADPU Quba filialının direktoru, dosent Yusif Alıyev.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?