“Beynəlxalq universitetlər və perspektivlər” mövzusunda vebinar keçiriləcək

Maqna Karta Müşahidə Qrupu və Qlobal Tələbə Forumu gənc  peşəkarlar və tələbələr üçün “Beynəlxalq universitetlər və beynəlxalq perspektivlər” mövzusunda vebinar keçirəcək. Vebinarda iştirak ödənişsizdir və Bakı vaxtı ilə 19 aprel 20:00 – 21:30-da baş tutacaq.

Zoom platforması üzərindən təşkil olunan vebinarda iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Vebinara müraciət üçün son tarix 2021-ci il, 17 aprel nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir