“Bayrağımız – dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir”

07.11.2023
“Bayrağımız – dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Heydər Əliyev İli çərçivəsində və 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız – dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonrq 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxı izlənilib.

Daha sonra tədbirdə Filialın direktor köməkçisi, Humanitar və sosial elmlər fakültəsinin dekanı Mürvət Əliyev, KTŞ müdiri Pərvanə Rzayeva, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev geniş məruzələrlə çıxış ediblər.

Filialın MTT ixtisasının II tədris ili tələbəsi Tutu Bağırovanın moderatorluğu ilə davam edən tədbirdə Filialın CM ixtisasının II tədris ili tələbəsi Nəzrin Hacıyevanın təşkilatçılığı ilə tələbələr tərəfindən hazırlanan şeir, çıxış və musiqi nömrələri səsləndirilib.Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?