“Azərbaycanın, dünəni, bu günü, sabahı: Heydər Əliyev irsi”

“Azərbaycanın, dünəni, bu günü, sabahı: Heydər Əliyev irsi”

ADPU-nun Quba filialının GATŞ-nın təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın, dünəni, bu günü, sabahı: Heydər Əliyev irsi” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda Filialın Tədris və elmi işlər üzrə direktor müavini t.f.d.İsmayıl Mahmudov, GATŞ-nın sədri Elbrus Əhmədov və doktorantlar iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayan konfrans Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini Nübar Bayramovanın moderatorluğu ilə davam edib.

Əvvəlcə konfransda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs edilib. Qeyd edilib ki, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 105 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.

Daha sonra konfransda Bayramova Nübar İsmayıl qızı“Heydər Əliyev Azərbaycan diasporasının banisi kimi”, p.ü.f.d Şeydayeva Aysel Balasultan qızı“Heydər Əliyev irsinin təşviqində yeni innovativ metodlar”, Mürvət Əliyev Cavid oğlu “XX əsrin əvvəlində Cənubi Qafqazda Osmanlı siyasəti.”, r.ü.f.d. Axundova Elnarə Buxsay qızı “Heydər Əliyev irsində müəllimlik.”, Abayev Yusif Qəşəm oğlu “Heydər Əliyev irsində dayanıqlı Milli İqtisadiyyat siyasəti.”, Rzayeva Pərvanə Hacıbala qızı “Heydər Əliyev siyasətində qadın təhsilinin inkişaf xüsusiyyətləri”, Əhmədov Elbrus Həmid oğlu“Heydər Əliyevin ekoloji siyasəti.”, Bayramova Kəmalə Oqtay qızı “Ədəbiyyatımızda Heydər Əliyev obrazı.”, Ramazanova Günay Ramiz qızı “Heydər Əliyev irsində gender siyasəti.”, Cəfərova Aytən Səfərağa qızı “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı.” mövzusunda çıxışlar ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?