“Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində ulu öndər Heydər Əliyevin rolu”

20.07.2023
“Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində ulu öndər Heydər Əliyevin rolu”

İyulun 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı 22 İyul Milli Mətbuat Gününə həsr edilmiş “Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində ulu öndər Heydər Əliyevin rolu” adlı tədbir keçirilib

Tədbirdən əvvəl Quba şəhərində yerləşən Media Şəhidləri Parkındakı abidə ziyarət edilib, qəhrəman jurnalistlərin abidəsi önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə açıq elan edilib, daha sonra ulu öndər Heydər Əliyevin və vətən uğrundan canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə geniş məruzə ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Daha sonra direktor qeyd edib ki, o özü də jurnalistika sahəsində də bəxtini sınayıb, tələbə vaxtı müxtəlif qəzet və jurnalların redaksiya heyətində çalışıb. Buna görə də mətbuatın dəyərini daha yaxşı anlayır, əslində mətbuat hazırda çox önəmli sahələrdən biridir. Bizim illərlə, bəzən aylarla gördüyümüz işi KİV bəzən bir neçə dəqiqə içərisində cəmiyyətə uğurlu şəkildə təqdim edə bilir. Bizlər də filial olaraq bütün vicdanlı, işinin peşəkarı olan mətbuat işçiləri ilə dostluq və əməkdaşlıq münasibətlərini yaxın tuturuq. Tədbirdə dəvəti qəbul edib gəldiyinə, filialın təddbirlərini mütəmadi olaraq işıqlandırıdığına görə tanınmış jurnalist, regionun media güzgüsü sayılan, öz peşəkarlığı ilə nümunə məktəbi yaradan Aytəkin Alxaslıya, Azərbaycan Dövlət İnformasiya Agentliyi, xəbərlərin ən dəqiq ünvanı olan “AZƏRTAC”ın bölgə müxbiri Elxan Yusifliyə, hər zaman öz dostluq və qardaşlıq münasibətləri ilə filialın uğurlarının yanında daha çox yer alan, “Telemühazirələr” verilişi ilə əməkdaşlıqda uğurlu başlanğıc edən, regionun ən baxımlı kanalı Qafqaz Tv rəhbəri Eltən Qədimbəyli başda olmaqla əməkdaşları “Xəbərlər departamenti”nin rəhbəri Elçin Əsədə, “Xəbərlər departamenti”nin baş redaktoru Xanım Məmmədovaya və özləri burada olmayan, lakin hər zaman filialın nailiyyətlərinə işıq tutan KİV nümayəndələrinin hər birinə kollektiv adından dərin təşəkkür edib.

Tədbirdə çıxış edən KİV nümayəndələri, peşəkar jurnalistlər Aytəkin Alxaslı, Elxan Yusifli, Xanım Məmmədova filialın direktoru Yusif Alıyevə jurnalistlərlə dostluq münasibətləri qurduğuna, hər zaman onların suallarını vaxtında və düzgün cavablandırdığına, yeni layihələr icra etdiyinə görə təşəkkür edib, onların peşə bayramlarının bölgənin yeganə ali təhsil müəssisəsində qeyd edilməsinin əhəmiyyətini qeyd ediblər. Çıxışında Aytəkin Alxaslı qeyd edib ki, bugünki tədbir ona o qədər təsir etdi ki, bu gün nəticəsi olaraq 5 yeni mövzu ətrafında yazı hazırlayacaqdır, Xanım Məmmədova da bildirdi ki, Moskva şəhərində 2001-ci il 1 sentyabr tarixində Elçin Arifoğlu ilə birlikdə “Millətin qəzeti” adlı qəzetin təsis edilməsinə nail olub ki, bu da anadilli mətbuatın inkişafında həmin dövr üçün tövhə hesab edilə bilər. Elxan Yusifli isə qeyd etdi ki, regionda gözümüzün ağı-qarası yeganə təhsil ocağı sayılan ADPU-nun Quba filialı ilə əməkdaşlıq olduqca rahatdır, filialın sosial şəbəkə hesablarının da çox yüksək səviyyədə və operativ idarə edildiyini diqqətə çatdırdı. Tədbirdə çıxış edən Türkiyə Cumhuriyyəti Milli Eğitim Bakanlığının əməkdaşı Sinan Doğan da çıxış edərək filialın media əməkdaşları ilə olan bu təşəbbüsünü yüksək qiymətləndirib, Türkiyə və Azərbaycan əlaqələrinin qorunmasında, hər iki dövlətin tarixində KİV nümayəndələrinin rolundan bəhs edib. Daha sonra tədbirdə Filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva “Şərq qadını” adlı elmi-tədqiqat xarakterli məruzə ilə, Sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva “Bağların barı gözəl” adlı elmi-publisistik məqalə ilə çıxış edib.

Sonda ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü, Filialın Elmi şurasının qərarı ilə Filial ilə mütəmadi olaraq səmərəli əməkdaşlığına görə və 22 İyul Milli Mətbuat Günü münasibətilə Elçin Əsəd, Aytəkin Alxaslı, Xanım Məmmədova, Elxan Yusifli Fəxri diplomla təltif ediliblər.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?