Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda respublika elmi konfransı keçiriləcək. 26-27 May, 2021-ci ildə, Bakı Dövlət Universitetində təşkil olunacaq konfransın onlayn formatda Micrasoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Konfransa tezislərin göndərilməsi üçün son tarix 10 May, 2021-ci il nəzərdə tutulub.
Mövzular isə aşağıdakılardan ibarətdir:
–Müsəlman Şərqində ilk parlamentli respublika: ərazisi, əhalisi, dövlət rəmzləri;
–Azərbaycan – Türkiyə qardaşlığının Bakı zəfəri;
–Azərbaycan Xalq Cümhuriyyətində milli dövlət quruculuğu məsələləri;
–Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğu və Ermənistanın təcavüzünə qarşı mübarizə;
–Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti;
–Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti;
–Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, mədəniyyət və sosial sahədə fəaliyyəti;
– Şərqin Avropa tipli ilk ali təhsil ocağı;
–Azərbaycan Milli Ordusunun uğurlu Qarabağ əməliyyatları
–Cümhuriyyət qurucuları;
–Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri;
–Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir;
–Vətən müharibəsində qazanılan qələbə: tarixi əhəmiyyəti və nəticələri;
–İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi.
Tezsilər may ayının 10-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın e-mail ünvanına /kamalanacafova@bsu.edu.az/ və master_tarix@bsu.edu.az (mütləq hər iki ünvana) göndərilməlidir.
Tezislərə qoyulan tələblər və digər məlumatlarla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.