Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təhsil

Ana səhifə » Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təhsil

Hazırda filialda 1050 nəfərdən çox tələbə təhsil alır. Onlardan 4 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2021-2022-ci tədris ilində filiala 10 ixtisasdan 9 ixtisas üzrə  271 nəfər tələbə qəbul olunmuşdur. Fəaliyyətdə olduğu 20 ilə yaxın dövr ərzində Azərbaycan Dövlət Pedagoji  Unveristetinin Quba filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.

Filialda aşağıdakı struktur bölmələr mövcuddur:
1. Direktorluq: Direktor, tədris və elmi işləri üzrə direktor müavini, Sosial və humanitar məsələlər üzrə direktor müavini, direktor köməkçi, Heydər Əliyev lektoriyasının müdir və operator;
2. İnsan resursları və kargüzarlıq şöbə;
3. Maliyyə şöbəsi;

4. Tədris şöbəsi;
5. Kitabxana və elektron resurslar şöbəsi;

6. İKT şöbəsi;

7. Keyfiyyətin təminatı şöbəsi;
8. Dekanlıq:

Humanitar və sosial elmlər fakültəsi;

Riyaziyyat və təbiət elmləri fakültəsi;

9.Kafedralar:

Tarix, pedaqogika və sosial elmlər kafedrası;

Təbiət elmləri kafedrası;

Riyaziyyat və informatika kafedrası;

Ədəbiyyat və dillər kafedrası;

10. Təsərrüfat şöbəsi;

ADPU nun Quba filialına tələbə qəbulu dövlət qəbul planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Son 3 ildə Filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir. Əlavə olaraq Riyaziyyat ixtisası açılmış, Tarix və Coğrafiya ixtisasına qəbul dayandırılmış əvəzin Tarix müəllimliyi və Coğrafiya müəllimliyi ixtisasları ayrı-ayrılıqda qəbul həyata keçirilmişdir. 2021/2022 tədris ili üzrə qəbul göstəriciləri aşağdakı kimi olmuşdur.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə 50 nəfər qəbul – 2 nəfər dövlət sifarişli olmaqla tələbələrin  100% – i 300 baldan yuxarı nəticə ilə qəbul olunub ( 561,4 – 322,7)
“Tarix  müəllimliyi” ixtisası üzrə. 25 nəfər qəbul  (481 – 332,7 bal)

“Coğrafiya  müəllimliyi” ixtisası üzrə. 16 nəfər qəbul  – 8 nəfər dövlət sifarişli  (434,3 – 223,9 bal) 
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə. 30 nəfər qəbul – 12nəfər dövlət sifarişli (440,7 – 261,7 bal)
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə. 48 nəfər qəbul  – 5 nəfər dövlət sifarişli (470,8 – 290,3 bal)
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə. 30 nəfər qəbul  – 21  nəfər dövlət sifarişli (579,1 – 300 bal)

“Riyaziyyat müəllimliyi” ixtisası üzrə. 19 nəfər qəbul  – 2  nəfər dövlət sifarişli (454,7 – 239,6 bal)
“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə.  28 nəfər qəbul – 5 nəfər dövlət sifarişli (376,8 – 246 bal)

“Sosial iş” ixtisası üzrə. 25 nəfər qəbul  – 2  nəfər dövlət sifarişli (448,5 – 259,9 bal)

ADPU Quba filialın 2022/2023 tədris ilində yeni bir ixtisas Xarici dili müəllimliyi ixtisası açılmış  plan yeri 320 nəfər olmuşdur, 306 nəfər qəbul olunmuş , 294 nəfəri isə tələbə statusunu alaraq filialın tələbələri sıralarına daxil olmuşdular. İxtisaslar üzrə qəbul göstəriciləri aşağdakı kimi olmuşdur.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə. 50 nəfər qəbul – 5 nəfər dövlət sifarişli olmaqla ixtisas üzrə yüksək və aşağı ballar  ( 569,5 – 293,5 bal)
“Tarix  müəllimliyi” ixtisası üzrə. 25 nəfər qəbul  – 3 nəfər dövlət sifarişli (526,3 – 278,3 bal)

“Coğrafiya  müəllimliyi” ixtisası üzrə. 20 nəfər qəbul  – 7 nəfər dövlət sifarişli  (427,3 – 201,7 bal) 
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə. 21 nəfər qəbul – 2nəfər dövlət sifarişli (404,5 – 206,9 bal)
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə. 49 nəfər qəbul  – 1 nəfər dövlət sifarişli (437,3 – 223,7 bal)
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə. 49 nəfər qəbul  – 17  nəfər dövlət sifarişli (587,1 – 259,3 bal)

“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə.  26 nəfər qəbul – 4 nəfər dövlət sifarişli (383,4 – 203,9 bal)

“Sosial iş” ixtisası üzrə. 29 nəfər qəbul  – 4 nəfər dövlət sifarişli (413,2 – 230 bal)

“Xarici dili müəllimliyi” ixtisası üzrə. 25 nəfər qəbul  – 1 nəfər dövlət sifarişli (544,3 – 300,4 bal)

ADPU Quba filialın 2023/2024 tədris ilində plan yeri 320 nəfər olmuşdur, 289 nəfər qəbul olunmuş , 268 nəfəri isə tələbə statusunu alaraq filialın tələbələri sıralarına daxil olmuşdular. İxtisaslar üzrə qəbul göstəriciləri aşağdakı kimi olmuşdur.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə. 50 nəfər qəbul
“Tarix  müəllimliyi” ixtisası üzrə. 30 nəfər qəbul 

“Coğrafiya  müəllimliyi” ixtisası üzrə. 22 nəfər qəbul 
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə. 25 nəfər qəbul
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə. 48 nəfər qəbul 
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə. 32 nəfər qəbul 

“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə.  16 nəfər qəbul

“Sosial iş” ixtisası üzrə. 23 nəfər qəbul 

“Xarici dili müəllimliyi” ixtisası üzrə. 25 nəfər qəbul 

Ölkə başçısının 27 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir. 2019-ci ildən bu ali məktəbə fizik üzrə elmlər doktoru, dosent Yusif İmrayıl oğlu Alıyev rəhbərlik edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bir ali təhsil müəssisəsi kimi ötən 26 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 2 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Respublikamızın Şimal-Şərq bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Qubada fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı adı ilə fəaliyyətə başlamışdır. Filiala 10 ixtisas üzrə respublikanın bütün şəhər və rayonundan  tələbə qəbul olunur, bölgədə yaşayan 6 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali məktəblərdən, xüsusən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən və AMEA –danda alimlər dəvət edilmişdir. Fəaliyyəti dövründə bu bölgə ali məktəbində 1200 nəfərdən artıq ali təhsilli pedaqoji kadr hazırlanmışdır. Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 100 nəfər çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru (o cümlədən 2 nəfəri professor), 15 nəfəri fəlsəfə doktoru, (o cümlədən 6 nəfəri dosent), 14 nəfər baş müəllim, 4 nəfər magistr, 19 nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışlar. Hazırda ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2019-2020 cı tədris ilində filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 2 dərslik, 4 proqram , 25 dən çox elmi və elmi metodiki məqalə və 8 konfrans tezisi hazırlanaraq nəşr etdirilmişdir. Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda , müxtəlif layihələrdə müntəzəm iştirak edirlər

ADPU Quba filialını qurtaran gənc mütəxəssislərin xoş soraqları bugün müxtəlif məktəblərdən, maarif şöbələrindən, təhsil ocaqlarından gəlir. Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm Olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr, yarışlar keçirilir, müxtəlif kurslar təşkil olunur. Bu gün ADPU Quba filialı tələbələri bölgənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, cəmiyyətə yararlı şəxsiyyət kimi inkişaf edir. ADPU-nun Quba filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Polşa ,Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri də vardır. Filialda 21 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?