
Azərbaycan Dövlət Pedaqoyi Universiteti Quba filialı Tələbə Həmkarlar İttifaqı Komutəsi universitet daxilində 2017 ci ildən fəaliyyət göstərən bütün tələbə kollektivini özündə birləşdirən içtimai təşkilatdır. Tələbə Həmkarlar İtiifaqı Komutəsinin tərkibi 1 sədr 2 müavin 12 komutə uzvü və 6 fakultə sədrindən ibarətdir.Hazırda təşkilat universitetdə təhsil alan 845 tələbəni tərkibində birləşdirir. Tələbə Həmkarlar İttifaqı Komutəsi olaraq fəaliyyətinin əsas istiqamətlərini universitetdə təhsil alan tələbələrin sosial , iqtisadi ,əmək , təhsil hüquqlarının , qanuni mənafelərinin müdafiəsi, ittifaq üzvlərinin təqad təminatlarının , saglamlıqlarının qaygisina qalmaq , asudə vaxtın səmərəli təşkili , mədəni kütləvi tədbirlərin təşkili kimi prorititet məsələlər təşkil edir. Tələbə Həmkarlar İttifaqı Komutəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır.Təşkilat tələbələrin şəxsi inkişafına dəstək məqsədi ilə onları könüllülük fəaliyyətinə və inkişaf etdirici təlim proqramlarına cəlb edir.Tələbə Həmkarlar İttifaqı Komutəsi universitet tələbələrini içtimai işlərə cəlb edərək onlarda siyasi ,sosial bilik və bacarıqların ,liderlik keyfiyyətlərinin , kollektivdə işləmək kimi bacarıqların formalaşmasında böyük rol oynayır.Bundan başqa təşkilat tələbələrin sosial problemlərinin həllində, yataqxana ilə təmin olunmalarında, ehtiyacı olan tələbələrə maddi yardımların göstərilməsində, istedadlı tələbələrin üzə çıxarılmasında, elmi içtimai fəaliyyəti ilə fərqlənən tələbələrin mükafatlandırılmasında yaxından iştirak edir.
Azərbayacan Dövlət Pedaqoji Universitetinin Quba filialının iki tələbəsi Tələbə Həmkarlar İttifaqının tərkibində fəal içtimai fəaliyyətinə və təhsildə keyfiyyət göstəricilərinə görə Azad Həmkarlar İttifaqı Respublika Komutəsinin adlı təqaüdünə layıq görülmüşdür.Tələbə Həmkar İttifaqı Təşkilatı Universitetdə fəaliyyət göstərən klublar, özfaliyyət dərnəkləri və qruplar ilə birlikdə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə, onlarda mədəni , mənəvi dəyərlərin aşılanmasına xidmət edən tədbirlərin təşkil edilməsində yaxından iştirak edir.Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsas prinsipləri aşagdakilardır.
- Tələbələrdə vətənpərvərlik ruhunun formalaşdırılması
- Tələbələrə maddi mənəvi sosial dəstək
- Tələbələrin elmə və biliyə olan maragını artırmaq
- Tələbələrin bilik və bacarıqlarının üzə çıxarılması
Hazırda ADPU Quba filialında Tələbə Həmkarlar İttifaqı Komutəsinə Aygün Şixbabayeva sədirlik edir.