Akademik Azad Nəbiyev adina bilgə ocağı

Akademik Azad Nəbiyev adina bilgə ocağı

Akademik Azad Nəbiyev adina bilgə ocağı!

21.10.2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Quba Filialında  Akademik Azad Nəbiyevin adına “Bilgə ocağı” fəaliyyətə başlayıb.”Bilgə ocağı” filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə ərsəyə gəlmisdir. Yusif müəllum bu missiyanı həyata kecirməklə və bu ocağın adının  məhz “Bilgə ocağı”  adlandırılmağla filialın direktoru olaraq özünün və filial kollektivinin  Quba və qubalılara olan sevgisini tərənnüm etmişdir.  Yusif Aliyev Qubamızın dəyərli ziyalısı, görkəmli alim, akademik Azad Nəbiyevin xatirəsini əbədiləşdirmək, və görkəmli alimin həyat yolunu isiğlandirmaqla gənc tədgigatçılara, öyrəncilərə, tələbələrə bir fürsət yaratmagdır. Filialda bu ocag acildığı gündən bir cox maarifləndirici görüşlər, seminarlar keçirilmişdir. Və kecirdiyimiz tədbirlərdə mütəmadi olaraq görkəmli alimin ailə üzvləri və Quba rayonunun müxtəlif instansiyalar üzrə sayılıb secilən  nümayəndələri də istirak etmişdir. Azərbaycanimiza öz dəyərli töhfələrini vermiş Akademik Azad Nəbiyevi gənc nəsil tanimalı və öyrənməlidir. Azad Nəbiyev 1945-ci il aprelin 20-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. 1963 – 1967  ci illərdə kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır. 1967-1974-cü illərdə əmək fəaliyyətinə  Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır. 1974-1976-cı illərdə “Gənclik” nəşriyyatında redaksiya müdiri, 1976-1989-cu illərdə  Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır . 1992-2000-ci illərdə “Dirçəliş və Tərəqqi Partiyası”nın sədri olmuşdur.1997-ci ildən  Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir. 1998-ci ildən son nəfəsinə qədər Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvü olub. Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə “Qızıl Quba” rayon qəzetində çap olunmuşdur. 1972-ci ildən  qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. “Koroğlu dastanı” mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir. 1980-cı ildə  “Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.  İtalyan (“Bertoltonun sərgüzəştləri”) və özbək (“Tülkü və qurd”) xalq nağıllarından tərcümələr etmişdir. “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir. 1977-ci ildə “Azərbaycan dastanları”,  1986-cı ildə “Nəğmələr, inanclar, alqışlar, adətlər”,1992-ci ildə “Alqışlar, adətlər, nəğmələr”, 2021-ci ildə  “Koroğlu dastanı”  kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.  13.02.2012-ci ildə görkəmli alim ömrünün 66-cı ilində vəfat etmişdir.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?