ADPU Quba filialının reytinq qiymətləndirilməsində yer tutan əməkdaşları təltif edilib

05.07.2021
ADPU Quba filialının reytinq qiymətləndirilməsində yer tutan əməkdaşları təltif edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında reytinq qiymətləndirilməsində yer tutan əməkdaşların təltif edilməsi  tədbiri keçirilib. Filialın aks zalında təşkil olunan tədbir Keyfiyyətin təminatı şöbəsinin müdiri  Pərvanə Rzayevanın moderatorluğu ilə baş tutub.

Tədbir ADPU-nun Quba filialının direktoru dosent Y.İ.Alıyevin çıxışı ilə başlanıb. Direktor “reytinq qiymətləndirilməsini vacib edən səbəblər” mövzusunda məruzə edib. Bildirib ki, bu, əmək qabiliyyətinin stimullaşdırılması, əməkdaşlar arasında sağlam rəqabətin təminatı baxımından çox önəmlidir. O, reytinq qiymətləndirilməsini filialın 30 illiyi münasibətilə həyata keçirilən işlərin başlanğıcı hesab edib. Bildirib ki, kollektivin uğurları artıq nəinki filialın və əməkdaşların, həm də ölkənin uğurları kimi təmsil edilir. İl ərzində filialda daha məhsuldar işlər görülməsinə nail olunub. Qəbul planının 295-ə, ixtisas sayının isə 10-a çatdırılması bunun göstəricisidir. Magistraturaya qəbul imtahanlarında 25 nəfər uğur qazana bilib. Keçən il isə bu göstərici 10 idi.

Yusif Alıyev qeyd edib ki, yaxın gələcəkdə filialın Türkiyənin 4 ali təhsil müəssisəsi ilə böyük layihə əməkdaşlığı gözlənilir. Onlardan biri də Qazi Universitetidir. Növbəti illərdə filialla Qars universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi istiqamətində müzakirələr aparılır.

Direktor vurğulayıb ki, filial baza universiteti ilə tebelilik şəraitində fəaliyyət göstərsə də, buraya olan güvənin nəticəsidir ki, prof. Cəfər Cəfərov müəyyən məsələlərdə sərbəstliyi ADPU Quba filialının ixtiyarına buraxır. Bu, kollektivin uğurudur. Direktor həmçinin situasiyanın qiymətləndirilməsi prosesinin önəmindən bəhs edib. Elmi mühitin inkişafı, əmək mühitində hesabatlılıq, yeni təcrübələrin öyrənilməsi kimi məsələlərə toxunub, İlham Əliyev və Mehriban Əliyevanın təhsilə diqqətindən bəhs edib. O bildirib ki, filialdakı nəticəyönümlü fəaliyyət, əmək haqlarının kordinasiya olunması, əməkdaşların fərdi illik mükafatlandırılması onlaın əsas motivasiya mənbəyidir.

Y. Alıyev gələcək hədəflərin daha böyük məqsədlərə xidmət edəcəyini vurğulayıb. Bildirib ki, gələn ildən xarici ölkələrə ezamiyyələrin təşkili ilə bağlı smetanın ayrılması planlaşdırılır. Bu, filialın böyük arealara çıxarılması baxımından önəmlidir. Qeyd edib ki, növbəti illərdə doktorantların işi ilə bağlı aylıq öhdəliklər nəzərdə tutulub. Bütün bunlar isə yalnız reytinq qiymətləndrilməsinin yaratdığı rəqamətli iş mühiti nəticəsində mümkün ola bilər. Direktor reytinq qiymətləndirilməsində yer tutan əməkdaşları təbrik edib, bütün kollektivə uğurlar arzulayıb.

Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva reytuinq qiymətləndirilməsinin təşkili qaydaları barədə ümumi məlumat verib, ayrı-ayrı kafedraların göstəricilərini sadalayıb. Bildirib ki, proses 70 meyardan ibarət reytinq qiymətləndirilməsi cədvəli əsasında aparılıb. Hesabatlılıq təmin olunması məqsədilə  direktor yanında Reytinq Qiymətləndirilməsi Komissiyası yaradılıb. Mübahisəli məsələlərin müzakirəsi və həlli üçün apellyasiya komissiyası yaradılsa da, bununla bağlı hansısa şikayət daxili olmayıb. Həmçinin tələbələr arasında anonim  məmnunluq sorğusu keçirilib. Filialın direktoru dos. Yusif Alıyev 1750 balla reytinq qiymətləndirilməsində birinci yeri tutsa da, qiymətləndirilmənin ilk ili olduğunu nəzərə alaraq, müəllimlərin motivasiyası naminə, onların xeyrinə tutduğu yerdən imtina edib. Buna görə də ilk yerə filialın İKT şöbəsinin müdiri Yusif Abayev layiq görülüb. P. Rzayeva bird aha reytinq qiymətləndirilməsində yer alan bütün əkdaşları təbrik edib, uğurlarının davamlı olmasını diləyib.

Daha sonra filialın direktru dos. Y. Alıyev reytinq qiymətləndirilməsində yer tutan əməkdaşları təltif edib. Təltif olunanlar arasında filialın əməkdaşları və sturuktur rəhbərləri Yusif Abayev, Elnarə Axundova, Elbrus Əhmədov, Şıxəmməd Seyidəhmədov, Əmirağa Şıxəmmədov, Nübar Bayramova, Pərvanə Rzayeva, Aygün Şıxbabayeva, Vüsalə Kərimova, Qələmşah İdrisov, Aysel Şeydayeva, Sərxan Cəfərov, Kəmalə Bayramova, Gülşən Ağabəy, Eyvaz Şeydayev yer alıblar. Təltif olunan şəxslər filialın direktoru Yusif Alıyevə belə bir şans yaratdığı üçün təşəkkür ediblər. növbəti illərdə keçiriləcək reytinq qiymətləndirilməsinə daha məhsuldar şəkidlə qatılacaqlarından əminliklərini ifadə ediblər.

Direktor dos. Yusif Alıyev qazanılan uğurlara görə, bütün kollektivə təşəkkürünü bildirib. Reytinq qiymətləndirilməsinin belə yüksək səviyyədə təşkilini filialın uğurlarına verilən diqqət hesab edib. Bildirib ki, bu kafedralarda yaranmış sağlam mühitin göstəricisidir. Director onu da vurğulayıb ki, reytinq qiymətləndirilməsi bütün ali təhsil müəssisələrində 20% limitlə qəbul olunub. ADPU Quba filialında isə bu göstərici 25%-dir. Direktor eyni zamanda reytinq qiymətləndirilməsi keçirməyin böyük məsuliyyət etdiyini vurğulayaraq kollektivin istənilən mövzuda bütün təkliflərinə açıq olduğunu bildirib. Bütün əməkdaşlara uğurlar arzulayıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?