6-7 may 2021-ci il tarixlərində Bakı Biznes Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qlobal iqtisadi çağrışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
ADPU Quba filialının İKT şöbəsinin müdiri, AMEA-nın İqtisadiyyat İnstitutunun dissertantı Yusif Abayev konfransda “İşğaldan azad olunmuş ərazilər iqtisadi subyektlər üçün yeni imkanlar yaradır” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə azad olunmuş ərazilərin dinamik inkişaf edən ölkə iqtisadiyyatının mövcud imkanlarını genişləndirəcəyi bildirilib. Qeyd olunub ki, bu, ölkəmizin nəinki regionun, həmçinin dünyanın iqtisadi baxımından inkişaf edən ölkələr sırasına daxil olmasını təmin edəcək.
Məruzədə 44 günlük müharibənin xarici investorların qeyri neft sektorun inkişafına maliyyə kapitalı yatırmasına əlverişli şəraiət yaratdığı, buraların münbit kənd təsərrüfatına yaralı torpaq fondu, su ehtiyatı və yeraltı təbii sərvətlərinin yerli sahibkarlarla bərabər xarici investorlar üçün də cəlbediciliyi əks olunub.
Yusif Abayev məruzəsində qısa müddətdə ərazilərin istehsala cəlbi və iqtisadi subyektlər üçün görülməsi vacib işləri sadalayıb. İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı və sahibkarlığın fəaliyyəti üçün bir-biri ilə bağlı iqtisadi və sosial infrasturukturun infoqrafika şəklində sadələşdirilmiş formada izahını verib. Məruzə işğaldan azad olunmuş ərazilərdə iqtisadi subyektlərin təşviqi mexanizmlərinin sadalanması baxımından yaddaqalan olub. Sonda azad edilmiş ərazilərin iqtisadi bərpası istiqamətində planlaşdırılan işlərin gələcək nəticəsi barədə proqnozlar səsləndirilib.
ADPU Quba filialının İKT şöbəsinin müdiri Yusif Abayev konfransda uğurlu iştirakına görə, beynəlxalq səviyyəli sertifikatla təltif olunub.
BBU məruzə.pdf