ADPU Quba filialının kollektivi Vətən müharibəsi qaziləri ilə görüşüb

26.06.2021
ADPU Quba filialının kollektivi Vətən müharibəsi qaziləri ilə görüşüb

26 İyun – Silahlı Qüvvələr günü münasibətilə ADPU Quba filialının kollektivi Vətən müharibəsi qaziləri ilə görüşüblər. Görüşdə filialın direktoru dos. Yusif Alıyev, tədris və elmi işlər üzrə direktor müavini t.f.d İsmayıl Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, direktor köməkçisi Mürvət Əliyev, baş mühasib Mahirə Malıyeva, müavini Mətanət Ağasıyeva, İKT şöbəsinin müdiri Yusif Abayev, müdir müavini Hikmət Musayev, statistik Sərxan Ağası, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev iştirak ediblər.
Quba rayonunun Alpan kəndində təşkil edilən görüşdən öncə ADPU Quba filialının kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, Qarabağ mühaibəsi şəhidlərinə rəhmət oxuyublar.
Görüşdə Vətən müharibəsi qaziləri Ağadadaş Dadaşov, Murad Babayev, Ömər Laçınov iştirak ediblər. Qazilər döyüş yolları barədə danışarkən məlum olub ki, Ağadadaş Dadaşov “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, Murad Babayev “Füzulinin azad edilməsinə görə”, Ömər Laçınov “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunublar.
Direktor dos.Yusif Alıyev bildirib ki, qazilərə, Şəhid ailələrinə diqqət hər kəsin vətəndaşlıq borcudur. Vətən müharibəsi zəfərini hər bir vətəndaş onlara borcludur. Direktor çıxışında Ağdamın xeyli hissəsinin minalarla döşənməsi, Azərbaycanın strateji ayıq-sayıqlıq nəticəsində düşmənin ən çətin həmlələrini dəf etməsindən söz açıb. Bildirib ki, Azərbaycan həm də uğurlu bir informasiya siyasəti yürüdüb və haqq səsini bütün dünyaya çatdırıb. Direktor qazilərlə səmimi söhbət zamanı öz əsgərlik xatirələrini də bölüşüb.dos Y. Alıyev 2-ci Qarabağ müharibəsinin necə strateji planlaşdırılmış şəkildə aparılması, dünya ölkələrinin mətbuatında Şuşa döyüşləri lə bağlı xeyli material yayımlanması, döyüş prosesinin kifayət qədər düşünülmüş şəkidə icrası kimi məsələlərə oxunub. Bildirib ki, tarixin gözü belə bir döyüşə şahidlik etməyib. Bu həm də cənab Ali Baş Komandan İlham Əliyevin illərdir apardığı uğurlu, balanslaşdırılmış daxili və xarici siyasətin nəticəsidir.
Qazilərlə diskusiya şəraitində davam edən görüşdə onların döyüş xatirələri əsas yer alıb. Həmçinin Qarabağın müxtəlif ərazilərinin xarakterik cizgiləri, fərqli xüsusiyyətlərindən, Azərbaycanın coğrafi-strateji mövqeyindən, müharibə zamanı əhalidəki mərdlik və birlikdən söz açılıb. Qazilər düşmənin əkin sahələrindən belə, həmlə istehkamı kimi istifadə etməsi, erməni fitnəkarlığına toxunub. Qeyd edilib ki, müharibə zamanı münbit torpaqların tunellərlə əhatə olunması məlum olub. Bu isə düşmənin əslində torpağın əsl sahibinin kim olduğunu anlaması mənasına gəlir. Qazilər üçtərəfli bəyanatın, qələbənin onlarda yaratdığı təəssüratlardan da söz açıblar.
Dos.Yusif Alıyev Pezident İlham Əliyevin əcnəbi mediaya müsahibələrindən söz açıb. Bildirib ki, düşmənin əsl simasını xalqa tanıtdığına görə, Ali Baş Komandana təşəkkür düşür.
Görüşün sonunda bir daha 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqının qəhrəman oğul və qızları alqışlanıb,  qazilər və filialın kollektivi arasında xatirə şəkli çəkilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?