Azərbaycan Respublikasının Ankara səfirliyi və Türkiyənin Qazi Universiteti tərəfindən Xocalı şəhidlərinin anım mərasimi və sərgi keçirilib.
Bakı vaxtı ilə saat 12:00-da Zoom platforması üzərindən keçirilən mərasim simvolik olaraq “Ankaradan Qarsa bir yol hekayəsi” adlandırılıb. Tədbirdə ADPU Quba filialının direktoru Yusif Alıyev, Azərbaycan böyük elçiliyi Xəzər İbrahim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa, Qazi Universitetinin rəsmisi Musa Yıldız, Sarıqamış bələdiyyə başqanı Harun Hayali, TRT Avaz kanalının koordinatoru Sedat Sarıkaya, Qazi Universitetinin əməkdaşı Alev Çakmakoğlu, millət vəkili Soltan Məmmədov, həmçinin bir sıra tələbə və doktorantlar iştirak ediblər.
Xocalı şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla başlanan tədir, ardıcıl olaraq Türkiyə və Azərbaycanın mili himnləri ilə davam edib. Daha sonra xatırlanıb ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Qazi Universitetinin əməkdaşı Alev Çakmakoğlu çıxışında Xocalını Erməni vəhşiliyinin simvolu adlandırıb və Xocalıya ədalət axtarışının hələ də davam etdiyini bildirib. O, Xocalıda insanlığın qətl edildiyini vurğulayıb. Daha sonra Xocalı faciəsinin anılması məqsədilə soyqrımını əks etdirən fotoların qatarla daşınması layihəsindən –“Qara qatar səslənir – Qrabağda qətliam var”dan bəhs edib. Bildirib ki, layihə gedişində qatar Türkiyənin Kayseri, Ərzurum, Qazi və digər ərazilərindən keçərək “Qarabağda qətliam var”, “Xocalıya ədalət” cümlələrini səsləndirib. Layihə qatarın keçdiyi bütün ərazilərdə böyük maraq və birliyə səbəb olub. Tədbirdə layihəni əks etdirən təqdimat da nümayiş olunub.
Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarının rəhbəri Ali İhsan Uygun Xocalı soyqrımının unudulmaması üçün bütün səylərin yüksək qiymətlədirildiyini bildirib. Bakı – Tiflis Qars dəmir yolu kimi yeni layihələrin gələcəkdə də icrasını tədirəlayiq hesab edib.
ADPU-nun rektor müavini Fikrət Rzayev bildirib ki, Azərbaycan daim Türkiyənin dəstəyini hiss edib. Belə layihələrin icrası üçün ADPU kollektivi adından təşəkkür ifadə edilib. Rektor müavini xatırladıb ki, Xocalı təsadüfi seçilməyib: “Xocalı ermənilər üçün çox vacib idi. Çünki oranın məhvi Azərbaycanın qədim bir məkanını dağıtmaq demək idi. Xankəndiyə yaxın olması, orada aeroportun mövcudluğu da əsas səbəblər arasında idi. Məqsəd Azərbaycanın tarixini o yerlərdən silmək idi”.
Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa bildirib ki, 28 fevralda qatar Kayseriyə gəldikdə çox duyğulanıb. Rektor bir millət iki dövlət kəlamını xatırladıb. Bildirib ki, bütün azərbaycanlıların kədərini bu qatarla daha çox hiss edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Türiyə universitetlərinin rəsmiləri ilə davamlı olaraq təşkil edilən görüşlərdən söz açıb. Bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və bu faciəni birgə anır.
Ankara büyük elçi Xəzər İbrahim bütün şəhidlərə, bütün türk coğrafiyasından olan məzlumlara rəhmət diləyib. Layihə çərçivəsində qatarın keçdiyi bütün ərazilərdən olan bələdiyyə rəhbərlərinə, universitet rektorlarına təşəkkür edib.
Millət Vəkili Soltan Məmmədov milli məclis adından bütün iştirakçıları salamlayıb və bu cür diqqət, layihə üçün təşəkkürünü ifadə edib. Xocalının dəhşətli tarixini, Vətən müharibəsindəki zəfəri xatırladıb. Mehriban Əliyevanın rəhbərliyi ilə başladılan Xocalıya ədalət kampaniyasından bəhs edib.
Tədbir Xocalı faciəsinə həsr olunan sərginin nümayişi ilə yekunlaşıb.