ADPU Quba filialında “Riyaziyyat gecəsi” keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Riyaziyyat aylığı” çərçivəsində “Riyaziyyat və təbiət elmləri” fakültəsinin tələbələrinin təqdimatında “Riyaziyyat gecəsi” keçirilib
Tədbirdə ilk olaraq Müasir Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev açaraq filialın professor-müəllim heyətini və tələbələri salamladı və riyaziyyat gecəsinə öz xeyir duasını verdi. Sonra tədbir filialın tələbələri Nicat Piriyevin və Nigar Babayevanın moderatorluğu ilə davam etdirildi, söz fizika riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanova verildi. O da öz növbəsində gənc riyaziyyatçılara uğurlar dilədi və öz tövsiyələrini verdi.
“Riyaziyyat və təbiət elmləri fakültəsi” nin dekan müavini Nübar Bayramova ADPU-nun Quba filialının direktoru, fikiza elmləri doktoru, dosent Yusif Alıyevi “Fizika elmlər doktoru” elmi adı alması münasibəti ilə fakültə tələbələri və öz adından təbrik etdi və simvolik hədiyyələri təqdim etmək üçün Şəhid Kapitan Aqil Məlikovun övladı Xədicə Məlikovanı səhnəyə dəvət etdi. Xədicə Məlikova simvolik hədiyyəni və çiçək dəstəsini filial direktoruna təqdim etmişdir.
Tədbirin gedişatı “Riyaziyyat və təbiət elmləri” fakültəsinin tələbələrindən ibarət olan komandaların təqdimatları ilə davam etdirildi.
Təqdimatlarda
ALFA-RİN 1901 B,
VİCTORY- RM 2101B,
DƏMİR YUMRUQ-RİN 2201 B,
HARMONİYA-RİN 2001 B,
BOT X-TCM 1901 B,
FUZZY-RİN 1801 B,
LIDER – RİN 2101 B,
AQARTA TCM 1801B,
qrupları iştirak edirdi.
Gecəyə maraq qatan səhnələrdən biri də “Müəllimlər tələbələrin gözü ilə və ya filialda bir gün” adlı tələbə parodiyaları oldu.
Daha sonra filialın Riyaziyyat və informatika kafedrasının müəllimi Füzuli Əhmədovun moderatorluğu ilə komandalararası yarış keçirildi.
Tədbimatların sonunda isə seçilmiş müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi baş tutdu.
Mükafatlandırma mərasimində “Riyaziyyat və təbiət elmləri” fakültəsi üzrə ən yaxşı təlim nəticələrinə görə dosent, Qasımov Telman Benser oğlu təltif edildi.
Ən yaxşı qrup nominasiyasında “RİN 2001 B” qrupu seçildi.
Ən yaxşı komanda təqdimatına görə Tarix və coğrafiya ixtisasının dördüncü tədris ili tələbələri – BOTx qrupu birinciliyə layiq görüldü.
Gecənin sonunda keçirilən intellektual yarışda isə Riyaziyyat və İnformatika ixtisasının beşinci tədris ili tələbələrindən ibarət “FUZZY” komandası birinci yerə layiq görüldü.
Ən yaxşı parodiya təqdimatı üzrə isə filialın istedadlı tələbələri
Ağasıyev Əlisahib Əsəd oğlu,
Dadaşov Sübhan Əhəd oğlu,
Şamilov Pünhan Vasif oğlu,
Məmmədova Zümrüd Ruslan qızı təltif edildi.
Sonda riyaziyyat gecəsinin təşkilatçılığında fərqlənən tələbələr filial rəhbərliyi tərəfindən Fəxri fərmanla mükafatlandırıldı.