ADPU Quba filialı Tələbə Gənclər Təşkilatı

TGT
01.05.2021
ADPU Quba filialı Tələbə Gənclər Təşkilatı
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba Filialı  Tələbə Gənclər Təşkilatı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı ( ADPU Quba TGT) həm də ATGTİ-ni əsasnaməsinə uyğun olaraq tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin, rayonun, respublikanın ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaqla öz fəaliyyətini qurur.
Sevindirici haldır ki, ADPU-nun Quba filialında TGT-nın daha uğurlu nəticələrə köklənərək fəaliyyət göstərməsi üçün filial rəhbərliyi tərəfindən otaq təsis edilmiş, həmçinin direktor dosent Yusif Alıyev tərəfindən kompüterlə təmin edilmiş, filial Elmi Şurasının qərarına əsasən TGT sədr və müavinlərinə maaş hesablanmışdır.
Bundan əlavə istər onlayn, istərsə də əyani qaydada mütəmadi olaraq filialın direktoru dosent Yusif Alıyev tələbə-gəncləri dinləyərək onların şəxsi inkişafı, əməkdaşlıqları, asudə vaxtlarının səmərəli təşkili üçün layihələrini həyata keçirməyə hər cür dəstək verməyə hazır olduğunu bildirmişdir.Bu səbəbdən də filialın bütün tələbələri hazırda istər filialın, istərsə də rayonun ictimai həyatında fərqlənməyi bacarmış, fəallıqları ilə özlərini təsdiq etmişlər.Təkcə TGT otağında hazırlanan guşədə tələbə-gənclərin iştirak etdikləri təlim və seminarlardan, yarış və müsabiqələrdən əldə edilmiş 400-dən artıq Diplom və sertifikat nümunələri yer alır. İldən ilə təşkilata üzv olan tələbə-gənclərimizin sayı artır.Bundan əlavə filialda fəaliyyət göstərən bütün tələbə təşkilatları koordinativ şəkildə fəaliyyət göstərir, həyata keçirilən fəaliyyətlərdə birlikdə addımlayırlar.
ADPU Quba TGT Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və ya orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinə və Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.Bu məqsədin həyata keçirilməsində ADPU Quba TGT-si  ətrafında birləşən bütün tələbələrə ictimai fəallıqlarını artırılması yönümdə, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsi üçün filialın direktoru dosent Yusif Alıyev, həmçinin direktor müavinləri İsmayıl Mahmudov, Aysel Şeydayeva və filialın bütün strukturları tərəfindən hərətərfli dəstək göstərilir. Hazırda ADPU-nun Quba filialının TGT sədri Səyyad Nəcəfovdur.
2019/2020-ci il tədris ili ərzində ADPU-Quba TGT-nin fəaliyyəti aşağıdakı yönümdə olmuşdur:
1.Hər il olduğu kimi bu tədris ilində də sentyabrda  gələn yeni tələbələrlə tanışlıq həyata keçirilib,  eləcə də onların Tələbə Gənclər Təşkilatı barədə məlumatlandırılması ilə bağlı 17.09.2019-cu il tarixdə “Məlumatlandırma Günü” keçirilmişdir.
2. 03.10.2019-cu il tarixdə TGT-nin iclası keçirilmişdir.İclasda qarşıda duran məsələlərlə bağlı təkliflər dinlənilmişdir.
3.11.10.2019-cu il tarixdə filialımızın TGT fəalları Quba Heydər Əliyev Mərkəzində ekskursiyada  iştirak ediblər.
4.12.10.2019-cu il tarixdə Quba şəhərində keçirilən  Alma Festivalına 20 könüllü  tələbəmiz TGT tərəfindən cəlb edilmiş, TGT sədri Həcər Seyidəhmədova festivalın könüllü koordinatoru  olmuş,bundan əlavə iştirakçı qismində 10 TGT fəalı ümumrayon tədbirində olmuşdur.
5.16.10.2019-cu ildə TGT-nin daxilində Kitab klub fəaliyyətə başlamış, 2021-ci ildən isə  Nizami Gəncəvi ili ilə əlaqədar olaraq “XƏMSƏ” adlandırılmağa başlanılmış, Kitabxana şöbəsinin müdiri Samirə Haciyevanın köməkliyi ilə klubun fəaliyyəti daha sistematik hala salınmış, tələbə-gənclərin  kitabların PDF variantlarını oxuyur, onlayn formada əsərlərin müzakirəsi, sual-cavab həyata keçirilir.
6.16.10.2019-cu il tarixdə 18 Oktyabr Müstəqillik Günü münasibətilə YAP Quba rayon Təşkilatının təşkilatçılığı ilə keçirilən İntellektual oyunlara TGT İntellektual Oyunlar Klubu (İOK) xətti ilə komandalar cəlb edilmişdir.Yarışda “Psixoterapevtlər” komandası qalib gəlmişdir.
 7.16.10.2019-cu il tarixdə Müstəqillik Günü münasibətilə keçirilən ağacəkmə aksiyasına 15 nəfər tələbə cəlb edilmişdir.
 8.18.10.2019-cu il tarixdə Müstəqillik Günü münasibətilə keçirilən ümumrayon yürüşündə 10 nəfər könüllü və konsert proqramında isə fəallarımız iştirak etmişdir.
 9.24-29 oktyabr tarixində ASAN Könüllüləri Təşkilatı və “Coca-Cola” fondunun birgə təşkil etdiyi “AİM-W” təlimlərində 100-dən çox tələbəmiz iştirak etmiş, təlimlərdə iştiraka nəzarət isə TGT tərəfindən aparılmışdır.
10.29.10.2019-cu il tarixdə “Gələcəyin rəsmi tərəfdaşı” adlı təlimə tələbələr cəlb edilmiş və təlimdə TGT fəalları aktiv şəkildə iştirak etmişlər.
11.29.10.2019-cu il tarixdə Rövşən Nəcəfov tərəfindən keçirilən  “İnsan mühəndisliyi” təliminə tələbə cəlb edilmişdir.
12.03.11.2019-cu il tarixdə Quba Tarix-Diyarşünaslıq muzeyində keçirilən “Ailə dəyərlərinin İnkişafı layihəsi” adlı təlimdə TGT fəalları iştirak etmişdir.
13.03.11.2019-cu il tarixdə keçirilən “Təkmilləşdirilmiş liderlik”adlı təlimə tələbə cəlb edilmişdir.
 14.04.11.2019-tarixdə 9 Noyabr Bayraq Günü ilə bağlı olaraq tələbə-gənclərin Quba şəhərində yerləşən Bayraq muzeyinə ekskursiyası təşkil olunmuşdur.
 15.05.11.2019-cu il tarixdə ADPU Quba filialının direktoru,dosent Yusif Alıyevin yataqxanadakı tələbələrin sosial qayğıları ilə maraqlanmaq üçün təşkil etdiyi görüşdə TGT sədri Həcər Seyidəhmədova da iştirak etmişdir.
16. 07.11.2019-cu il tarixdə Filialda keçirilən “Mirzə Cəlil yolu” adlı tədbirdə TGT fəalları iştirak etmişdir.
 17. 07.11.2019-cu il tarixdə Filialda “Bayrağımız milli qürur mənbəyimizdir”adlı tədbir təşkil edilmişdir.Tədbirdə TGT fəalları da yaxından iştirak etmişdir.
 18.TGT üzvlərimiz Bayraq Günü münasibətilə  #bayraqchallange adlı aksiyasına qoşularaq videorolik hazırlamışlar.
19. 08.11.2019-cu il tarixdə Bayraq Günü münasibətilə keçirilən ümumrayon tədbirində 10 nəfər  könüllü tələbə-gənc və tələbələrimiz iştirak etmişdir.
 20. 14.11.2019-cu il tarixdə direktor dosent Yusif Alıyev TGT fəalları  ilə yenidən görüşmüş, onların təklif və layihələrini dinləmişdir.
 21. 14.11.2019-cu il tarixdə THİK,TGT, TEC-nin arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Koordinasiya şurası yaradılmışdır.
 22. 14.11.2019-cu il tarixdə İntellektual Oyunlar Klubu (İOK)  tərəfindən oyunlar təşkil olunmuşdur.
 23. 15.11.2019-cu il tarixdə filialın bir qrup fəal tələbəsi Quba Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) açılışında iştirak edib, mərkəzlə əməkdaşlığa cəlb ediliblər.
24. 17.11.2019-cu il tarixdə rəhbərlik tərəfindən tələbə evlərinə, yataqxanaya  olan ziyarətdə TGT sədri Həcər Seyidəhmədova da iştirak etmişdir.
 25. 18.11.2019-cu il tarixdə ADPU-da keçiriləcək olan “Bədii yaradıcılıq müsabiqəsi”-nə qatılmaq üçün  seçim turu keçirilmişdir.
26. 21.11.2019-cu il tarixdə İOK xətti ilə oyunlar keçirilmişdir.
 27. ATGTİ-nin yaranmasının 10 illiyi münasibətilə TGT fəalları videorolik hazırlamışlar.
 28. 22.11.2019-cu il tarixdə filialda keçirilən “Qafqaz tv” təqdimatına tələbə cəlb edilmişdir.
 29. 23.11.2019-cu il tarixdə Quba Tarix-Diyarşünaslıq muzeyində “Xüsusi qayğıya ehtiyacı olan gənclər üçüm maarifləndirmə  tədbirlərinin təşkili “ çərçivəsində keçirilən təlimə tələbə-gənclər cəlb edilmişdir.
 30. 23.11.2019-cu il tarixdə İOK üzvü tələbələrimiz ADPU-da intellektual yarışda iştirak ediblər.
 31. 25.11.2019-cu il tarixdə Milli Qəhrəman Çingiz Qurbanovla bağlı “Şəhidlər ölməz,Vətən bölünməz” adlı tədbir keçirilmişdir.Tədbirdə TGT fəal iştirak etmişdir.
32. 27.11.2019-cu il tarixdə Quba rayon Mədəniyyət evində “Milli azlıqların şifahi-mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirilmiş,tədbirdə TGT fəalları iştirak etmişlər.
 33. 27.11.2019-cu ildə İOK xətti ilə tələbələrimiz yarışda iştirak etmiş,filialımızın “Ənəlhəqq” komandası 2-ci yerə layiq görülmüşdür.
 34. 28.11.2019-cu ildə Quba Gənclər Mərkəzində “Regionda yaşayan gənc qızların forumu” adlı tədbirdə TGT fəalları iştirak etmişdir.
35. 01.12.2019-cu il tarixdə fəal tələbələrimiz Şəhidlər Xiyabanını ziyarət etmişlər.
 36. 02.12.2019-cu tarixdə filialda “Qiçslə Mübarizə Günü” münasibətilə tədbir keçirilmişdir.
37. 04.12.2019-cu il tarixdə  100-dən çox fəal tələbəmiz  “Təbiətimiz” adlı sosial aksiyaya qoşulmuşdur.
38. 06.12.2019-cu il tarixdə fəal tələbələrimiz  İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak etmişlər.
 39. 09.12.2019-cu il tarixdə filialın Kitabxana şöbəsində İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə tədbir təşkil edilmişdir. TGT fəalları da bu tədbirdə yaxından iştirak etmişdir.
 40. 10.12.2019-cu il tarixdə bir qrup fəal tələbəmiz Quba Heydər Əliyev Mərkəzini ziyarət etmişdir.
 41. 10.12.2019-cu il tarixdə bir qrup fəal gəncimiz Quba Gənclərin İnkişaf və Karyera Mərkəzində (GİKM) olmuşdur.
 42. 11.12.2019-cu ildə Quba Rayon İcra Hakimiyyəti tərəfindən Quba Rayon Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş ümumrayon tədbirində TGT fəalımız Əhməd Əliyev “Ulu Öndər Heydər Əliyevin ideyaları gənclərimiz üçün mayakdır” mövzusunda çıxış etmişdir.
 43. 17-18 dekabr tarixdə Quba Alekseyevka kənd tam orta məktəbində RİİB_in “İnklüziv təhsil sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçiirlən imtahanlarda TGT sədri və fəalları imtahan nəzarətçiləri  kimi iştirak etmişlər.
44. 20.12.2019-cu il tarixdə TGT fəalları  təlimçi Orxan Şahbazın “Özünüifadə və motivasiya”adlı təlimində iştirak etmişdir.
45. 28.12.2019-cu il tarixdə TGT fəalları Səyyad Nəcəfli və Əhməd Əliyev ATGTİ-nin 10 yaşı münasibətilə olan tədbirdə iştirak etmişlər.
 46. 30.12.2019-cu ildə Qafqaz Tv-nin təşkil etdiyi “Altın Alma”ödülü tədbirində TGT sədri Həcər Seyidəhmədova “İlin ən fəal gənci” mükafatına layiq görülmüşdür.
 47. 09.01.2020-ci il tarixdə TGT sədr müavini Murad Şərifov Qfqaz TV-də iştirak edən qonaqlar arasında olub.
48. 20.01.2020-ci ildə “20 Yanvar” münasibətilə tələblərimiz Şəhidlər Xiyabanını ziyarət etmişlər.
49. 01.02.2020-ci il tarixdə TGT  sədri Həcər Seyidəhmədova, müavini Murad Şərifov,eləcə də TGT fəalları Hikmət Ağayev və Səbinə Mövsümova Quba RİH-dəki 2 aylıq fəaliyyətlərini müvəffəqiyyətlə bitirdiklərinə görə Şəhadətnamə ilə təltif edilmişlər.
 50. 19.02.2020-ci il tarixdə filialda Kitabxana şöbəsi tərəfindən “Kitab bağışlama günü” münasibətilə tədbir keçirilmiş,tədbirdə TGT faəlları iştirak etmişlər.
 51. 20.02.2020-ci il tarixdə TGT fəalları “İdeyaların reallaşdırılması”adlı təlimdə iştirak ediblər.
 52. 24.02.2020-ci il tarixdə filial olaraq “Əsgərə salam” aksiyasına qoşulmuşlar.
 53. 25.02.2020-ci il tarixdə Xocalı faicəsi ilə əlaqədar olaraq videorolik hazırlanmışdır.
 54.Dünyanı cənginə alan pandemiya səbəbindən tədbir-təlimlərimiz online şəkildə davam etmişdir. 25.03.2020-ci il tarixdə TGT olaraq  tələbələrimiz #evdəmən aksiyasına qoşulmuşlar.
55.Bir qrup fəal tələbələrimiz könüllü olaraq  koronavirus pandemiyası ilə mübarizə fonduna pul köçürmüşlər.
 56. 31 mart soyqrımı ilə bağlı olaraq TGT-çilərimiz “Qafqaz” TV-nin özəl buraxılışında iştirak etmişlər.
 57.  01.04.2020-ci il tarixdə ADPU-Quba filialı rəhbərliyinin təşəbbüsü ilə əlaqədar olaraq “online qonaq” layihəsində TGT fəalları da iştirak etmişlər.
58.  11.04.2020-ci il tarixdə “Online Qonaq” layihəsinin qonağı Orxan Şahbazla tələbələrimizin görüşü baş tutmuşdur.
59.ADPU-Quba filialı TGT-si olaraq fəal tələbələrimiz  həkimlərimizə dəstək məqsədilə #Həkimlərimİz aksiyasına qoşulmuşlar.
60. 01.05.2020-ciil tarixdə ATGTİ təşkilatçılığı ilə  “Gənclərin stresi idarə etməsi və aradan qaldırması” mövzusunda PhD, psixoloq Günel Aslanova tərəfindən keçirilən vebinarda tələbələrimiz iştirak edib.
 61. 04.05.2020-ci il tarixdə ATGTİ təşkilatçılığı ilə  “Təhsildə Liderlik və İdarəçilik. Yeni Çağırışlar” mövzusunda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tərəfindən keçirilən vebinarda tələbələrimiz iştirak edib.
62. 07.05.2020-ci il tarixdə  ATGTİ təşkilatçılığı ilə “Skautinq. Sağlam Həyat Tərzi” mövzusunda Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıllı tərəfindən təlim keçirilən vebinarda tələbələrimiz iştirak edib.
 63. 08.05.2020-ci il tarixdə fəal tələbələrimiz “Şahmatda onlayn gediş” adlı layihəyə qoşulmuşlar.
 64.  09.05.2020-ci il tarixdə ATGTİ təşkilatçılığı ilə  “Karyera Planlaşdırması” mövzusunda Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov tərəfindən keçirilən vebinarda tələbələrimiz iştirak edib.
 65. 19.05.2020-cil tarixdə ATGTİ təşkilatçılığı ilə  “Gənclər üçün imkanlar.İdeyanı reallaşdır” mövzusunda Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov tərəfindən keçirilən vebinarda tələbələrimiz iştirak etmişdir.
 66. 26.05.2020-ci il tarixdə Quba  GİKM tərəfindən keçirilən layihədə TGT sədri Həcər Seyidəhmədova, müavini Murad Şərifov Quba RİH könüllüsü kimi iştirak  ediblər.
 67. 27.05.2020-ci il tarixdə İOK xətti ilə onlayn yarış keçirilmişdir.
 68. 28.05.2020-ci il tarixdə  Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfransda tələbələrimiz istirak etmişdir.
69. 29.05.2020-ci il tarixdə TGT xətti ilə dosent Yusif Alıyevin də tapşırığı ilə tələbə Röya Zalovanın müəllimliyi ilə  “Conversation club” fəaliyyətə başlamışdır.
 70. 29.05.2020-ci il tarixdə ATGTİ daxilində bir qrup Tələbə Gənclər Təşkilatları ilə görüş-iclas keçirilmişdir.
 71.02.06.2020-ci il tarixdə filialın rəhbərliyi tərəfindən təşkil edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin Təhsil Siyasəti” mövzusunda onlayn görüşdə TGT fəalları iştirak ediblər.
72. 11.06.2020-ci il tarixdə filial rəhbərliyi tərəfindən təşkil edilmiş “Qayıdışdan Qurtuluşa” adlı konfransda TGT sədr və müavinləri iştirak etmişlər.
 73. 14.06.2020-ci il tarixdə Qurtuluş Günü münasibətilə TGT sədrlərinin birgə təşkilatçılığı ilə video-hesabat keçirilmişdir.
74. 26.06.2020-ci il tarixdə 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə TGT sədrlərinin birgə təşkilatçılığı ilə video-konfrans keçirilmişdir.
 75. 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə TGT,THİK üzvlərinin birgə səyi nəticəsində videorolik hazırlanmışdır.
76.  27.06.2020-ci il tarixdə ATGTİ ilə region TGT-lərinin görüşü keçirilmişdir.
77. Bundan əlavə filialda rəhbərlik tərəfindən təşkil edilən bütün tədbirlərdə TGT fəalları yaxından iştirak etmiş, ictimai fəallıqlarına görə direktor dosent Yusif Alıyev tərəfindən rəğbətləndirilmişlər.
78. Hazırda isə filialın TGT tərkibində boş olan müxtəlif vəzifələrə seçkilər həyata keçirilir.Tələbələrin ictimai fəallığı qarşıda yeni layihələrin daha sıx reallaşacağından məlumat verir.
TGT-nin tərkibində 15 klub fəaliyyət göstərir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?