Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Tələbə Elmi Cəmiyyəti
TEC – 2020-ci təqvim ili üçün strukturu əsas və ümumi hissədən ibarət olaraq fəaliyyət göstərmişdir. Belə ki, strukturun əsas hissəsi TEC sədri, TEC sədrinin iki müavini və fakültə sədrlərindən ibarət səsvermə yolu ilə seçilmiş tələbələrdən, ümumi hissə isə könüllülük əsasında və elmi bacarıqları nəzərə alınaraq cəmiyyətə qoşulan on beş daimi üzv və TEC fəaliyyəti dairəsində olan (layihədən-layihəyə prinsipinə əsaslanaraq) tələbələrdən ibarətdir. TEC olaraq 2020-ci təqvim ili üçün qarşımıza qoyulan vəzifələr:
· Tədqiqat işinin əsasının formalaşması və tələbələrin elmi idrak metoduna yiyələnməsi;
· Tələbələrin tədris materialını dərin və yaradıcı şəkildə mənimsəmələrinə yardım göstərilməsi;
· Elmin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaranmasının əsası kimi fundamental tədqiqatlara marağın inkişaf etdirilməsi;
· Elmi və praktik işə ən çox istedadı və bacarığı olan tələbələrin aşkar edilməsi;
· tələbələrin elmi və praktik tədbirlərin (konkurs, olimpiada, seminar, konfrans, mühazirə, treninqlərin və s.) keçirilməsi və onlarda iştirak etmək imkanı haqda məlumatlandırılması;
· tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin, biznesin nümayəndələrinin, hakimiyyətin və ictimai birliklərin iştirakı ilə seminar, dəyirmi masa, konfrans, forumların və elmi və praktik xarakterli digər tədbirlərin təşkili və keçirilməsi olmuşdur.
Qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün 2020-ci təqvim ili üçün TEC strukturu:
1. TEC sədri – Azər Zahirov
2. TEC sədrinin birinci müavini – Ağayar Məmmədov
3. TEC sədrinin ikinci müavini – Aygün Seyfullayeva
4. Fakültə sədri –
5. Daimi üzvlər – 15 nəfər
formasında olmuşdur.
Əvvəlcə onu qeyd edək ki, mövcud pandemiya şəraiti hamı kimi bizləri də bir qədər ləngitdi və qarşıya qoyduğumuz məqsədlərə 2020-ci il üçün tam çatmağı bacarmadıq.
Amma ümud edirik ki, növbəti ildə filial rəhbərliyinin etimadını tam şəkildə doğrultmağı bacaracıq. Çünki dəfələrlə filialın direktoru dosent Yusif Alıyevlə keçirilən görüşlərdə bildirib ki, mənim əsas məqsədlərimdən biri və hətta ən önəmlisi də filial tələbələrinin elmi istiqamətdə də inkişafını təmin etməkdir, bu məqsədlə hətta bizə filialda yaradılan DGTŞ və kafedralar ilə də əlaqəli işləməyi tapşırmış, məqalələrin çapı üçün hərtərəfli dəstəyi göstərməyə hazır olduğunu vurğulamışdır.
Yusif müəllimin etimadı ilə 2020 -ci il sentyabr ayının 16da Tələbə – rektor layihəsində də mənə də bir günlük filialda rəhbər idarəetməsini həvalə etmişdir.
Bütün dünyanı bürümüş Covid-19 pandemiyasının başlanğıc müddətində alışıq olmadığımız bir vəziyyət olduğu üçün hesabat planının yerinə yetirilməsində müəyyən çətinliklərlə qarşılaşdıq. Lakin, çevik idarəetmə sayəsində vəziyyətə uyğunlaşaraq plana sadiq qalaraq qarşımıza qoyquğumuz məsələləri uğurla həll etdik. Bunlardan biri Gənc Alimlər Birliyinin fəaliyyətidir ki, bu birliyə elmə daha çox marağı olan tələbələrin cəlb olunması və onların alimlik yolunda inamla irəliləməsini təmin etməyi TEC-nin amal vəzifəzi hesab edirik.
2020-ci il ərzində Məktəb guşəsi jurnalında filialın inkişafı ilə bağlı məqaləmiz (ADPU Quba filialı texnologiya ilə məsafələrə “yox” deyir adlı )yer almışdır.
Yadda qalan digər addımlardan biri isə on noyabr (bundan sonra 8 noyabr) tarixi qələbəmizin ardınca keçirilən bütün dərslərin vaxtlarına əlavələr edilərək, həmin əlavə müddətdə tələbələrlə fikir mübadilsi aparılması və qələbənin tarixi zəruriliyinin qeyd olunması üçün marafonun başladılması oldu. Marafonun ilk TCM 417 qrupunda filialın Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Mürvət Əliyevin dərsi ilə başladıldı və ardınca bütün qruplarda qələbə həftəsi boyunca davam etdirildi. Qruplarda bu əlavə müddət iki saatdan artıq olmuşdur.
2021-ci təqvim ilinə isə daha böyük hədəflərlə başlamışıq. Qarşımıza qoyduğumuz ümumi vəzifələr 2020-ci təqvim ili üçün olan vəzifələrin plana əsasən davam etdilirilməsidir.Bundan əlavə filialda və rayonda keçirilən, gənclərin şəxsi inkişafına dəstək olan müxtəlif onlayn tədbirlərdə də yaxından iştirak etmişik.
Bundan əlavə olaraq sorğu əsasında yeni dərnəklərin açılması və tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsinə dəstək olmaq, həmçinin TEC fəaliyyətinin genişləndirilməsi və universitet divarları xaricində olan gəncləri də əhatə etmək kimi yeni məqsədlərimiz var.
Məqsədlərimizə çatmaq üçün, cəmiyyət üzvlərinin və strukturunun yenilənməsinə və genişləndirilməsinə ehtiyac vardır (təhsil müddətini bitirən tələbələr). Bu yenilənməni 2020-2021-ci tədris ilinin ikinci semestrinin ilk həftəsində yerinə yetirməyi planlamışıq.
Fərqimizi hiss etdirməyə söz veririk!
TEC sədri: Zahirov Azər Tahir oğlu