ADPU Quba filialı olaraq, biz sizlərlə fəxr edirik. Peşə bayramınız mübarək

Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər. (Mustafa Kamal Atatürk) 

Biz də ADPU Quba filialı olaraq bu gün oxumuş elmin və həqiqətin carcılarını yetişdirməklə cəmiyyətimizə, millətimizə və dövlətimizə layiqli vətəndaş və müəllim məzunlarımız ilə qürür duyuruq.

5 oktyabr Beynəlxal müəllimlər günü münasibəti ilə Bizim.Media saytın Şimal bürosu üzrə müxbiri Aytəkin Alxaslının ADPU Quba filialın məzunu olan ucqar kəndlərinin birində çalışan  gənc müəllim ilə həmsöhbətini olduğu kimi təqdim edirik.
Məleykə İbrahim qızı Abbasova Qusarın Nəcəfkəndoba kənd orta məktəbinin həm müəllimi, həm də direktorudur. Məleykə xanım deyir ki,  məktəbdə 1-ci, 2-ci və 3-cü sinif şagirdləri üçün komplektləşdirilmiş bir sinif və cəmi 4 şagird var.
Məleykə müəllim 2019-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının “ibtidai təhsil metodikası” fakültəsini bitirib. 
2020-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edib və müsabiqədən uğurla keçərək Qusarın Nəcəfkəndoba kənd ibtidai məktəbinə təyinat alıb.
O, ucqar kənddə işləməyin çox maraqlı olduğunu deyir. 
“Düzdür, çətinliklər var,məktəbdə şərait o qədər də yaxşı  deyil, informasiya texnologiyalarından uzağıq, amma,adam burda rahat olur, darıxmır. Balacaların üzündəki təbəssüm və saf baxışları adamın öyrətmək həvəsini daha da artırır. İnsan özü burda həm həyat sürür, həm bilik öyrədir, bununla yanaşı özü də həyatı öyrənir”.
Tədris zamanı  dərsi şagirdlərə mükəmməl izah etməyi prioritet hesab edən gənc müəllim yeri gələndə müxtəlif üsullardan istifadə etməyi də unutmur.  
Müəllim deyir ki,özü ləzgi olduğundan ləzgidilli uşaqlara dərs keçmək çətin olmayıb.
“Amma bu,əsas deyil. Mən müsabiqə nəticələrinə görə diğər rayonların ucqar kəndlərinə yollansaydım belə,  balacalara eyni həvəslə dərs keçərdim. İşləyən müəllim üçün məkanın və kəndin heç bir fərqi olmamalıdır.Əsas peşəni sevməli və üzərində işləməlisən ki, qarşındakı balacalar səndən çox şey öyrənə bilsin”.
Məleykə Abbasova  Qusarın Piral kəndində  doğulub,işlədiyi kənd doğulduğu kənddən 25 km-dən artıq məsafədə yerləşdiyindən dövlət tərəfindən 190 manat məbləğində həvəsləndirici vəsait alır,bu vəsaiti isə o, kirayə mənzil haqqı üçün ödəyir.
Qusarın 26 yaşlı gənc müəllimi və direktoru paytaxtda qalıb rahat iş axtaran gənc həmkarlarına da səslənərək onları rayonda işləməkdə daha maraqlı olmağa çağırdı. 
Sonda müsahibim bütün həmkarlarını peşə bayramları münasibətilə təbrik etdi.

https://bizim.media/az/cemiyyet/97600/