ADPU-nun Şamaxı filialının təntənəli 30 illik yubiley tədbiri keçirilib

ADPU-nun Quba filialının direktoru dos.Y.Alıyev də tədbirdə iştirak edib.Şamaxı filialının direktoru dos. Tünzalə xanım Yusifova başda olmaqla bütün kollektivi səmimqəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
Qeyd: 26-27 may tarixlərində Şamaxı rayon İcra hakimiyyəti (ŞRİH), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı filialının 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” Respublika elmi konfransı keçirildi. Yubiley tədbirində rayon İcra hakimiyyətinin və ADPU-nun rəhbərliyi, ADPU-nun Ağcəbədi, Cəlilabad, Quba və Şəki filiallarının, Pedaqoji Kollecin direktorları, görkəmli incəsənət xadimləri, rayon ictimaiyyəti nümayəndələri, media nümayəndələri, Şamaxı filialının kollektivi, tələbələri iştirak edirdilər.
Tədbirdən öncə Şamaxı rayonunda yerləşən Şəhidlər Xiyabanı, Ulu öndər Heydər Əliyevin və dahi şair Mirzə Ələkbər Sabirin ev muzeyi ziyarət olundu.
Ziyarətlərdən sonra Şamaxı rayon Mədəniyyət Mərkəzində ADPU-nun Şamaxı filialının 30 illik fəaliyyətini əks etdirən sərgiyə baxış keçirildi.
Yubiley mərasimi mərkəzin konfrans zalında davam etdirildi. Azərbaycan Respulikasının Dövlət Himni səslənəndən sonra torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk olaraq çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov Şamaxı filialının regionun təhsil həyatında oynadığı roldan bəhs edərək filialın kollektivini yubiley münasibətilə təbrik etdi. Cənab başçı filialın maddi-texniki və tədris bazasına görə heç də paytaxtda yerləşən ali təhsil ocaqlarından fərqlənmədiyini qeyd etdi. O, həmçinin “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının işinə uğurlar arzuladı. Cənab Tahir Məmmədov filialın bir qrup əməkdaşlarına Fəxri fərman təqdim etdi.
Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı tərəfindən filialın bir qrup əməkdaşına Fəxri fərman təqdim edildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov 100 yaşı tamam olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet olmasından bəhs etdi. Qeyd olundu ki, son 100 ildə 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları hazırlayan ADPU və onun filialları, o cümlədən Şamaxı filialı da bölg
ələrdə uğurla fəaliyyət göstərərək müasir baxışlı müəllim kadrları yetişdirilməsinə töhvə verirlər. Çıxışdan sonra professor Cəfər Cəfərov Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən filialın bir qrup əməkdaşına təltiflər təqdim etdi.
Tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin Amasya Uiversitetinin dosenti Metin Hakverdioğlunun video təbrikinin nümayişi maraqla qarşılandı.
Yubiley təbriklərinin ardınca Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova bütün tədbir iştirakçılarını bir daha salamlayaraq 30 ildə filialın keçdiyi inkişaf yolundan bəhs etdi. Qeyd olundu ki, hazırda bütün ali təhsil müəssisələri kimi, Şamaxı filialı da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğının nəticəsində günü-gündən inkişaf edir. Bu gün regionda elm və təhsil mərkəzi kimi uğurla fəaliyyət göstərən Şamaxı filialının bütün fəaliyyət istiqamətlərini əhatə edən çıxışda məzunların filialı Azərbaycanın dörd bir yanında layiqincə təmsil etdikləri xüsusi vurğulandı.
Tədbir “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının mövzusuna həsr olunmuş çıxışlarla davam etdirildi. Filialın müəllimi Rima Quliyeva görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin yaradıcılığının müxtəlif aspektlərinə toxundu.
Çıxışların yekununda yubiley tədbiri bədii hissə ilə davam etdi.