ADPU-nun Quba filialının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Piriyev Nicat Kərim oğlu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli tərəfindən 2022-ci il ərzində ölkə gənclər siyasətinin təşkilinə verdiyi xüsusi töhfəyə görə təltif edilib.
Filialın Humanitar və sosial elmlər fakültəsinin “Təhsildə sosial psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi olan TGT sədri Nicat Piriyevi bir daha təltif edilməsi münasibətilə ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
Qeyd edək ki, «Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» 20 noyabr 2009-cu ildə təsis edilib. 2010-cu ilin mart ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İlk təsis olunduğu illərdə 39 təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə cəmləşdirən İttifaq hazırda Azərbaycan Respublikasının 100 Ali və Orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır.