ADPU-nun Quba filialının tələbələri Esse müsabiqəsində birincilik əldə ediblər

28 noyabr 2022-ci il tarixində Gənclər Mərkəzində Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Dastana dönən Zəfərimiz” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri və könüllülər mükafatlandırılmışdır. Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi “Bir dəqiqəlik sükut” ilə yad edilməsindən sonra açıq elan edilmişdir. Tədbir zamanı mükafatçılara gələcək həyatlarında yeni-yeni uğurlar arzulanmış, bundan sonra da keçiriləcək tədbirlərdə aktiv olmaları tövsiyə edilmişdir. Daha sonra qaliblərə diplom və pul mükafatı, müsabiqədə digər fərqlənən gənclərə isə təşəkkürnamə və hədiyyələr təqdim edilmişdir. Belə ki, “Dastana dönən Zəfərimiz” mövzusunda keçirilən esse müsabiqəsində
I yeri – ADPU-nun Quba filialının 1-ci kurs tələbəsi Əhmədova Nəzirə
II yeri – Quba Dövlət Sosial-İqtisadi kollecin 2-ci kurs tələbəsi Zəkiyeva Ayla
III yeri – Quba Tibb kollecinin 2-ci kurs tələbəsi Tapdıqova Sevinc
tutmuşdurlar.
Filialın tələbələri Cümşüdova Mirvari və İsmixanova Aydan isə Təşəkkürnaməyə layi
Daha sonra Quba rayon Gənclər və İdman İdarəsində könüllü kimi fəaliyyət göstərmiş gənclərə sertifikatlar təqdim edilmişdir.
Qalibləri bir daha təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.