ADPU-nun Quba filialının tələbələri ekoloji aksiyada iştirak ediblər

26.04.2023
ADPU-nun Quba filialının tələbələri ekoloji aksiyada iştirak ediblər

17-23 aprel tarixlərində filialın bir qrup gənc müəllim və tələbə heyəti Laçın-Xankəndi yolunda ekofəlların keçirdiyi dinc aksiyaya qoşulublar.

İştirakçılar sırasında Filialın Direktor köməkçisi Mürvət Əliyev, KTŞ aparıcı mütəxəssisi Emin Yarməmmədov, TGT sədri Nicat Piriyev də olub.

Keçən ilin 12 dekabrında başlayan və artıq 4 aydan çoxdur ki, davam edən aksiyada əsas məqsəd azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Dinc aksiyanın iştirakçıları olan gənc müəllim və tələbə kontingenti əzmlə bu müddət ərzində ekoloji terrora qarşı öz haqq səslərini ucaldıblar.

Sevindirici haldır ki, Azərbaycan Respublikası öz suveren ərazisi olan Laçın-Xankəndi yolunda 22 aprel 2023-cü il tarixindən nəzarət postları və gömrük məntəqələri yaratmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?