ADPU-nun Quba filialının müəllim və tələbələri filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə respublika konfransında iştirak ediblər

Mart ayının 6-ı və 7-i tarixlərində “Gəncİlk”in təşkilatçılığı ilə “ZOOM” platforması üzərindən “Humanitar elmlərin inkişaf strategiyası” adlı Respublika elmi konfransı keçirilib.

Qeyd edək ki, konfransda iştirak edən filialımızdan olan tələbələr, dos.Yusif Aliyevin tapşırıq və tövsiyələrinə əsasən fəaliyyətinin  gücləndirilməsi qarşıya məqsəd qoyulan Tələbə Elmi Cəmiyyətinin fəal üzvləridir.

Məqalələrin qəbul olunma son tarixi 15 FEVRAL 2021-ci il olub.
⚫Konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, humanitar elmlər sahəsində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaq olub.

Konfransın sədri: Filologiya üzrə elmlər doktoru, prof. Həcər Hüseynova olub. 6 mart tarixində baş tutan Açılış mərasimində professor Mahirə Nağıqızı, professor Vüqar Əhməd, Əlvan Cəfərov, dosent Könül Səmədova çıxış edib, konfransın gedişinə uğurlar arzu ediblər. Daha sonra bölmə iclaslarında konfrans davam etdirilib.

Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Aysel Şeydayeva, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimləri Mürvət Əliyev, Vüsalə Kərimova, Mehriban Məmmədova, filialın TEC sədri Azər Zahirov da konfransda çıxış edib.

Onu da qeyd edək ki, filialın Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, müəllimlərin rəhbərliyi ilə tələbələrin də məqalələri konfransda yer alıb, çıxışlar ətrafında aparılan müzakirələrdə məqalələrin qənaətbəxş olduğu vurğulanıb. Məqalələrin qəbul edilməsində göstərdikləri köməyə görə Əlvan Cəfərova və Sənan İmanova təşəkkür edilib.
SİYAHI:
1.Əliyeva Cənnət Telman qızı (həmmüəllif)  “AZƏRBAYCAN  DİLİNİN  TƏDQİQİ VƏ QORUNMASI  MƏSƏLƏSİNİN AKTUALLIĞI”

2. Zahirov Azər Tahir oğlu
Orucova Nərmin Yaşar qızı(həmmüəllif)  ” İSTEDADLI ŞAGİRDLƏRİN ÜZƏ ÇIXARILMASININ MƏRHƏLƏLƏRİ VƏ YENİ TƏDRİS MODELİ”

3. Fətullayeva Nazlı Ömər qızı “AZƏRBAYCAN ŞAİRİ NİZAMİNİN QADINA MÜNASİBƏTİ”.
4. Qaflanova Günəş Zaur qızı – “ŞAH İSMAYIL XƏTAİ”
5. Əliyev Mürvət Cavid oğlu, Aydəmirova Aidə Vaqif qız (həmmüəllif) – “DİLİMİZ DÜNƏN VƏ BU GÜN”

6. Kərimova Vüsalə Həmzə qızı, Kazımzadə Natəvan Nadir qızı (həmmüəllif) “TƏBİƏTİN DİLİ”
7. Məmmədova Mehriban Çingiz qızı, Məmmədova Leyla Elmar qızı (həmmüəllif) “GƏNCLƏRDƏ  ÖZGÜVƏN HİSSİ HAQQINDA”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir