31 mart 2022-ci il tarixində ADPU-nun Quba filialının Təhsildə sosial psixoloji xidmət ixtisasının 2019-cu il məzunu, Quba rayonu Vladimirovka kənd tam orta məktəbinin psixiloqu Nailə Nuriyeva psixoloq kimi çalışdığı ümumtəhsil müəssisəsinin əlaçı şagirdləri ilə birlikdə ADPU Quba filialındakı yenilikərlə tanış olub.
Tanışlıq görüşü zamanı filialın direktoru dosent Yusif Alıyev filialda açılan yeni ixtisaslar barədə məlumat verib. O, müəllimlərin peşəkarlığı, yeni informasiya-kommunikasiya texnologiyalarındən istifadə bacarıqları, kitabxana təminatı kimi məsələlərə oxunub. Bildirib ki, ali təhsil müəssisəsiin kitabxanası yeni ədəbiyyatlarla tam şəkildə təmin edilib. Hazırda burada 20 min nüsxəyə yaxın kitab tələbə və oxucuların ixtiyarındadır. Filialda təlim-tədrislə yanaşı tərbiyə işlərinə də xüsusi əhəmiyyət verildiyini qeyd edib. Bildirib ki, burada yeni yaradılan Heydər Əliyev məktəb – lektoriyası tələbələrin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsində mühüm rol oynayır. Direktor şagirdləri gələcəkdə məhs bu ali təhsil ocağın seçməyə çağırıb. Onların gələcək seçimləri ilə maraqlanıb. Vurğulayıb ki, ADPU Quba filialı fəaliyyətində daim tələbə məmnuniyyətini əsas prioritetlərdən biri hesab edir.
Nailə Nuriyeva da son dövrlər ADPU Quba filialında dosent Y. Alıyevin rəhbərliyi ilə görülən işləri sosial şəbəkələrdən, filialın rəsmi portalından izlədiyini, bununla qürur duyduğunu diqqətə çatdırıb. Bildirib ki, filialdakı infrastruktur yenilənməsi, maddi-texniki bazanın zənginləşməsi göz qabağındadır.
Daha sonra şagirdlər filialın böyük Akt zalı, Heydər Əliyev məktəb lektoriyası, Kitabxanası, auditoriyaları ilə tanış olublar.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.