Direktor dosent Yusif Alıyevin tapşırığına əsasən filialın bütün struktur bölmələrinin 2020-ci ildə gördüyü işlərə dair hesabat xaraketerli məlumatlar verilməsi tələb olunur. Obyektiv, əhatəli, təşəbbüskarlıq, novatorluq fəaliyyətləri əsasında hazırlanacaq hesabatların filialın rəsmi sayt və fb səhifələrində işıqlandırılması nəzərdə tutulmuşdur.
ADPU-nun Quba filialının Kitabxana şöbəsi işini tədris ilinin əvvəlində tərtib edilən iş planına əsasən qurur. İş planında Azərbaycan Respublikasının tarixinə aid əlamətdar günlər, Azərbaycan Respubublikası Prezidenti İlham Əliyevin verdiyi sərəncamlara müvafiq olaraq yazıçıların yubileyləri, Azərbaycan ədəbi irsinin təbliği, tələbə gənclərin dünyagörüşünün və vətənpərvərlik hissinin formalaşdırılması məqsədi ilə həyata keçirilən maarifləndirici tədbirlər, debatlar, dəyirmi masalar və bu kimi bir sıra əhəmiyyətli tədbirlər öz əksini tapmışdır. Onu da qeyd edək ki, iş planında öz əksini tapan tədbirlər filialın direktoru dosent Yusif Alıyevin rəhbərliyi, təşəbbüsü, ideya və tapşırıqları ilə təkmilləşdirilir, kitabxana əməkdaşları tərəfindən filialın aidiyyatı strukturları və respublikanın müxtəlif kitabxana mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
Hazırda ADPU-nun Quba filialının kitabxanasında beş əməkdaş fəaliyyət göstərir:
Hacıyeva Samirə-Kitabxana şöbəsinin müdiri,
İskəndərova Bəturə-biblioqraf 0,5 şt,
Məlikova Pərvin-Biblioqraf 0,5 şt.
Ağayeva Zeynəb-Böyük kitabxanaçı,
Abıyeva Gülnar-kitabxanaçı.
Kitabxananın oxucu sayı-306 nəfər təşkil edir, onlardan 55-i professor-müəllim heyəti 251-i isə tələbələr təşkil edir. Kitabxana oxucuları ilə həm də pandemiya dövründə də mütəmadi olaraq onlayn görüşlər təşkil edir, filialın professor, müəllim və tələbə heyətinin kitab və dərs vəsaitlərinə olan ehtiyaclarının internet üzərindən onlara çatdırılmasını təmin edir. Belə ki, filialın Kitabxana şöbəsinin pandemiya dövründə də oxucuları rahat şəkildə kitabla təmin etməsi məqsədi ilə filialın rəsmi internet saytı olan adpuquba.edu.az saytında “e-kitabxana”- şöbəsi diqqət mərkəzində saxlanılır. Filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə İKT şöbəsinin müdiri Yusif Abayev tərəfindən yaradılan bu bölmə filialın kitabxana şöbəsinin elektron versiyasının hazırlanmasına bir töhfədir. Kitabxana müdiri Samirə Hacıyevanın rəhbərliyi ilə 2020/2021-ci tədris ilinin ilk yarısında “e-kitabxana” şöbəsinə 700-ə yaxın elektron kitab, dərslik, dərs vəsaitləri həmçinin müəllimlərin mühazirə mətnlərinin pdf variantları yerləşdirilmişdir. Filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, həmin kafedranın əməkdaşı Xəyalə Ələkbərova, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının laborantı Vəfa Bayramova da bu elektron vəsaitlərin toplanmasında kitabxana şöbəsinə əllərindən gələn köməyi göstərməklə, tələbə və müəllim heyətinin kitab və dərsliklərə olan tələbatlarının aradan qaldırılması üçün işlər görmüşlər. Ümumiyyətlə filialın Kitabxana şöbəsi digər aidiyyatı strukturlarla yaxından əməkdaşlıq şəraitində çalışan şöbələrdəndir. Filialın Kitabxana şöbəsi həmçinin rayonda fəaliyyət göstərən Mərkəzi Kitabxana ilə də sırf əməkdaşlıq edir, rayonun qabaqcıl idarə və təşkilatlarının – Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı, Quba Rayon Heydər Əliyev Mərkəzi, Quba Tarix Diyarşünaslıq Muzeyi və digər təşkilatların tədbirlərində yaxından iştirak edir.Filialda fəaliyyət göstərən THİK, TGT və TEC kimi qurumların fəaliyyətində də kitabxananın dəstəyi hiss edilir. Kitabxana şöbəsinin təşkilatçılığı ilə filialın hər üç kafedrası, dekanlıq, İKT, Ümumi şöbə, Tələbə və tədrisin idarə olunması, mühasibatlıq şöbələri ilə əməkdaşlıq həyata keçirilir. Kitabxana şöbəsinin illik iş planı həm də filialın illik tərbiyəvi iş planına uyğun tərtib edilir, filial rəhbərliyinin birbaşa nəzarətində olur. Əldə edilərək yığılan elektron vəsaitlər aşağıdakı adlarda yerləşdirilmişdir.Bundan əlavə filial kitabxanasında hazırda olan– 19712, Bədii ədəbiyyat – 6966, Dərslik və dərs vəsaiti – 9565, Xarici ədbiyyat – 1998, Jurnal və braşuralar – 1183 sayda vəsaitlərin də elektron variantlarının hazırlanması üzərində iş gedir.
Bundan əlavə filialın kitabxanasına filialın üzv olduğu aşağıdakı qəzetlər də daxil olur.
Alınan qəzetlərin adları: “Azərbaycan”, “Azərbaycan Müəllimi”, “Mövqe”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “Təhsil”, “Psixoloq”, “Şəfəq”, “Tərəqqi”, “Palitra”, “Səs”, “Bakinskiy Rabociy”, “Respublika”, “Müstəqil Respublika”, “İki sahil”, 2Azad Azərbaycan”, “Ülfət”, “Kaspi”, “Hərbi and”, “Gənc Müəllim”, “Sözün sorağı”, “168 Saat Quba”, “Şəfəq”. Kitabxana şöbəsi koronavirus pandemiyasından əvvəlki dövrdə professor-müəllim və tələbə oxucuların kitabxanaya üzv olmasını təmin edib, tələbələrlə kitabxanaşünaslıq və kitabxanadan istifadə qaydaları barədə söhbətlər təşkil etsə də, pandemiya dövründə isə kitabxananın elektron vəsaitlərindən yararlanmaları, onlayn tədbir və görüşlərə qoşulmaları üçün sistemli iş aparır.
Qeyd edək ki, kitabxana il ərzində alınan və dövlət başçısı tərəfindən hədiyyə olunan kitabları, kitabxana qaydalarına uyğun olaraq operativ işləyib fondda rəflərdə düzülməsinə şərait yaradır. Fond il ərzində bir neçə dəfə yoxlanılıb. Kitabxananın kitab fondunda tələb olunan dərslik və dərs vasitələri, metodik vasitələrlər, bədii ədəbiyyatlar, jurnallar, elektron resurslar və s. ilə təmin olunmasına çalışıb fondu zənginləşdiririk. Yeni alınan və ya hədiyyə olunan kitablar kitabxanaya daxil olduqda onların siyahısı tərtib edilərək oxucuların diqqətinə çatdırılıb. ADPU Quba filialının kitabxana fondunda olan kitablar sistemli və əlifba sırası ilə yığılıb. Tədris ili ərzində kitabxana hər ay “Oxucu” divar qəzetini dərc etmişdir. Orada plana uyğun olaraq əlamətdar günlərlə bağlı və filial üçün əhəmiyyətli olan məqalələr yer almışdır. Kitabxanamızın qarşısında duran əsas vəzifələrdən biri də oxucu-tələbə gəncləri kitabxanaya cəlb etməkdir. Bununla bağlı filial rəhbərliyi tərəfindən mütəmadi bilik yarışları, esse müsabiqələri, debatlar təşkil olunurb və nəticələr “Fəal Oxucularımız” güşəsində öz əksini tapıb. 2019/2020-ci tədris ilində direktor dosent Yusif Alıyevin təşəbbüsü kitabxanaya 98 adda-248 kitab daxil olunmuşdur. Onlardan 116-si dərslik və dərs vəsaiti təşkil edir. Ümumilikdə kitabxananın kitab fondu – 19680 kitab təşkil edir. “Covid-19” Koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün ali təhsil ocaqlarında tibbi-profilaktiki və dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədi ilə ADPU-nun Quba Filialında da 3 mart 2020-ci il tarixdən tədris, təlim-tərbiyyə prosesi müvəqqəti olaraq dayandırılmışdır. Bu səbəbdən filialda keçirilməli olan tədbirlər təxirə salınsada, filial tarixində ilk dəfə olaraq direktor dosent Yusif Alıyevin təşəbbüsü və ideyası ilə online formada tədbirlərin keçirilməsinə başlanılmışdır. Mart ayının 3-dən eytibarən kitabxana növbəli iş rejiminə keçməklə bərabər, həmdə fəaliyyətini onlayn qaydada qurmuşdur. Filial kitabxanasına müraciət edən professor-müəllim və tələbə heyətinə maksimum dərəcədə kitabxana tərəfindən köməklik göstərilmişdir.
Bildiyiniz kimi Respublikamızda kadr islahatları aparılmışdır və ADPU-nun Quba filialına yeni direktor təyin olmuşdur. Filialın direktoru hörmətli dosent Yusif Alıyev, direktor təyin olunan gündən kitabxanamızın fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə filial kitabxanasına 10 kompyuter verilmiş və yüksək meqapikselli internet şəbəkəsiylə təmin etmişdir. Bu səbəbdən də artıq filialın oxucularına dərslik və kitabların həm də PDF-ləri də çatdırılır, oxucular Oxu zalımızda aktiv internet şəbəkəsindən istifadə etmklə lazımi materialları da əldə edə bilərlər.
Bununla bərabər noyabr ayında 27-də Azərbaycan Milli Elimlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı arasında əməkdaşlıq haqqında Memorandum imzlanmışdır. Bu isə yeni vəsaitlərin əldə edilməsi deməkdir. Bundan əlavə “Gənc vikipediyaçılar” layihəmizin də pandemiyadan sonra həyata keçirilməsi nəzərdə tutulur.
Kitabxana pandemiyadan əvvəl həmdə pandemiya dövrü bir çox tədbirlər təşkil etmişdir ki, bu tədbirlərin də əsas məqsədi tələbə-gənclərin maariflənərək öyrənməsi, asudə vaxtlarının daha səmərəli təşkil edilməsi, respublikamızın əlamətdar günləri, tarixi hadisələri haqqında ətraflı məlumatlar əldə etməsidir. Həmin tədbirlərə nümunə olaraq aşağıdakıları qeyd etmək olar: Şərqşünas, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasının 80 illiyi, 18 Oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anadan olmasının 25 illiyi, 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, Azərbaycan Cümhuriyyətinin Üçrəngli Bayrağının Qəbul Edilməsi, 12 Noyabr-Azərbaycan Resbublikasının Konstitusiyası Günü, 17 Noyabr–Milli Dirçəliş Günü, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi, Azərbaycan Xalqının Ümumilli lideri Heydər Əliyevin xatirəsinin anım günü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl, 20 Yanvar-Milli Matəm Gününün 30–cu ildönümü, 2 Fevral-Gənclər Günü, Ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin anım günü, 14 Fevral–Beynəlxalq Kitab Bağışlama Günü, 21 Fevral-Beynəlxalq Ana Dili Günü, 26 Fevral-Xocalı Soyqırımının 28-ci ildönümü, 14 Mart-Dünya Pi Günü, Ədəbiyyatşünas, Publisist Yazıçı İsmayıl Şıxlının doğum günü, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü, Aprel Döyüşləri və ya Dörd Günlük Müharibə, Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü, Ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevin- 75 illik yubileyi ilə əlaqədar, Akademik Zərifə Əliyevanın anadan olmasının 97–ci ildönümü, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 28-ci ildönümü, 9 May-faşizm üzərində qələbənin 75 illiyi, Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasının 28-ci ildönümü, 18 May-Beynəlxalq Müzeylər Günü ilə əlaqədar, 28 May-Respublika Günü, 15 İyun-Milli Qurtuluş Günü, 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, 2 İyul-Polis Günü ilə əlaqədar, Azərbaycan Milli Arxiv İdarəsinin Yaranmasının 100 illiyi və digərləri.
Ümumilikdə kitabxana şöbəsi filialın əhəmiyyətli strukturlarından biri olaraq hazırda şöbənin yeni avadanlıqlarla təmin edilməsi, elektron kitab və dərslik bazasının bütövləşdirilməsi, əlçatanlığı istiqamətində sistemli iş aparılır. Filialın direktoru dosent Yusif Alıyevin rəhbərliyi ilə yeni kitabxana fondunun və fərqli kitabxana guşələrinin yaradılması da diqqət mərkəzindədir.
Kitabxana şöbəsinin müdiri: Samirə Hacıyeva!