ADPU-nun Quba Filialının İKT şöbəsi-dəyişən cəmiyyətimizin tələblərinə cavab verən yeniliklərin ünvanı-(ONLİNE TƏHSİLƏ DƏSTƏYİMİZ)

ADPU-nun Quba Filialının İKT şöbəsi-dəyişən cəmiyyətimizin tələblərinə cavab verən yeniliklərin ünvanı-(ONLİNE TƏHSİLƏ DƏSTƏYİMİZ)

Son bir ildə dünyanı ağuşuna alan pandemiya insanların sağlamlıqları ilə bərabər elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, iqtisadiyyata və insanın əməli fəaliyyəti ilə bağlı olan bütün sahələrə mənfi təsir göstərdi. İnsan zəkası və əməyi həmişə olduğu kimi bu dəfə də mövcud vəziyyətdən daha az ziyanla üzləşmək üçün çox böyük səy gəstərdi. Mövcud resurslarını səfərbər edərək pandemiyaya uyğunlaşmağa çalışdı.

Pandemiya ilk günlərdən birbaşa olaraq ADPU-nun Quba filialına da öz mənfi təsirlərini göstərməyə başlamışdır. Qısa müddətdə vəziyyətə uyğunlaşmağa başlayan təhsil müəssisəsi məsafədən dərs keçməklə təhsilin davamlılığını təmin etməyə çalışdı. İlkin olaraq “Qafqaz” Televiziyasının efirindən yayınlanan “Telemühazirələr” adlı dərs-veriliş və “ZOOM”, “WhatsAPP” proqramları üzərindən onlayn dərslərə başlanılsa da, bununla paralel olaraq daha səmərəli və keyfiyyətli təhsilin təşkili məqəsdilə “Microsoft Office 365” platformasına daxil olan “TEAMS” proqramının “online” təhsilə tətbiqi ilə bağlı müəyyən işlər də görülməyə başlanılmışdır.

Təhsilin məsafədən həyata keçirilməsinin sistemli idarəedilməsinin təşkili məqsədi ilə filialın direktoru dosent Yusif Alıyevin tapşırıqlarına əsasən filialın İKT şöbəsinin müdiri Yusif Abayev başda olmaqla şöbənin əməkdaşları Hikmət Musayev, İlahə Orucova, Sərxan Ağası öz təkliflərini irəli sürmüş və texniki imkanlardan istifadə etməklə tədris prosesi məsafədən idarə edilməyə hazır vəziyyətə gətirilmişdir.

Belə ki, filialın direktorunun təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Unveristetinin dəstəyi ilə ADPU-nun Quba filialı aprel ayının əvvələrində online təhsildə “TEAMS” proqramından istifadəyə başladı. Ilk olaraq filialda çalışan 100-ə yaxın müəllim kontengenti və 800-dən çox təhsil alan tələbə heyətini “Microsoft Office 365” platformasında qeydiyyatdan keçirərək fərdi istifadəçi adı və parol verilmişdir. Sonrakı mərhələdə istifadəçiləri “Microsoft Office 365” platformasında aktivləşdirərək “TEAMS”dən asan şəkildə istifadəyə şəraiət yaradılmşdır. 2019/2020-ci tədris ilinin aprel-may aylarının təqvim günlərinə düşən dərs saatları və ikinci smestrin imtahan prosesi bütövlükdə “TEAMS” proqramı üzərindən uğurla həyata keçirilmişdir. Həmçinin filialın bütün tələbələrin məsafədən təhsildə iştirakını təmin etmək məqsədilə “Qafqaz” TV ilə birlikdə “Telemühazirə” proqramına başlamışdır. “Telemühazirə” proqramında filialın 18-ə yaxın müəllimi 60 dan çox canlı dərs hazırlayaraq həftənin 5 günü, gündə 2 dəfə müxtəlif vaxtlarında efirdə yayımlanrdı.

Pandemiya dövründə vaxtı düzgün dəyərləndirmək məqsədilə direktor dosent Yusif Alıyevin ideyası əsasında “ZOOM” proqramı üzərindən elmi konfranslar, onlayn tədbirlər, respublikanın tanınmış ziyalılari ilə onlayn dərslər və seminarlar da təşkil olunmuşdur. Bu tədbirlərin təşkilində, həmçinin müxtəlif videoçarxların hazırlanıb təqdim edilməsində İKT şöbəsinin rolu böyük olmuşdur.

İnformasiya cəmiyyətilə ayaqlaşmaq məqəsdilə filialın mövcud veb saytı yeniləmişdir https://adpuquba.edu.az/. Mütəmmadi olaraq yeniliklər və xəbərlər sayt üzərində geniş oxucu kütləsinə çatdırılmışdır. Mütəmadi olaraq yenilənən məlumatlar filialın rəsmi “facebook” və “instaqram” səhifələrində də öz əksini tapmışdır.

Sayt üzərindən müəllim və tələbələrin elektron dərs resurslarıınn, həmçinin bədii ədəbiyyat nümunələrininin əlçatanlığını təmin etmək məqəsdilə filailın İKT şöbəsi ilə Kitabxana şöbəsi birlikdə 700 dən çox elektron dərs vəsaitini “PDF” şəkilində hazırlayaraq “e-kitabxana” adı altında sayt üzərindən tələbələrin ixtiyarına vermişdir.

Yay tətili müddəti ərzində dosent Yusif Alıyevin tapşırığı əsasında filialın İKT şöbəsinin əməkdaşları tərəfindən filialda çalışan bütün müəllim və texniki işçilərinin “TEAMS”-in təhsilə səmərəli tətbiqi və İKT üzrə bilik və bacarıqarının təkmilləşdirilməsi məqsədilə “online” kurslar təşkil edilmişdir. Kurslara “online” qaydada olmaqla iyul ayın axırlarında 12 saatlıq proqram əsasında müəllimləri avqust ayında isə filialın digər əməkdaşları cəlb edilmişdir. Sonda kurs iştrikaçılarının biliklərinin qiymətləndirilməsi məqsədilə onlayn imtahan təşkil olunmuş və intahan iştirakçılarına onlayn sertifikatlar təqdim edilmişdir. Günün tələblərinə cavab verən və azad rəqabətqabiliyyətli təhsil bazarında dayanıqlı məsafədən təhsilin təşkili məqəsdilə filial əməkdaşlarının potensialından istifadə edərək filialın bütün İKT imkanlarını səfərbər etmişdir. Bu məqsədlə filialın İKT şöbəsi yay tətili müddəti ərzində TEAMS üzərindən keyfiyyətli online dərslərin təşkili və istifadəçilərin asan qoşulmasını təmin etmək məqsədilə, İKT şöbəsi tərəfindən idarə oluna bilinən və dərslərin izlənilmısinə imkan verən 36 qrup üzrə, qruplar daxilində tədris olun fənnlər, dərs cədvəli və elektron jurnal yaradılmşdır. Artıq 2020-ci ilin sentyabr ayının əvvəlindən univeristetimiz tam olaraq TEAMS proqramı üzərində onlayn təhsilə hazır idi. 2020/2021-ci tədris ilinin birinci smsetrində onlayn təhsil müəyyən mənada öz effektivliyinin vermişdir. Həm müəllim heyəti, həm də tələbələr tam olaraq mövcud vəziyyətə uyğunlaşaraq məsafədən təhsilə davam edir, imtahanların da onlayn qaydada təşkili məqsədi ilə bütün qüvvələrimizi səfərbər etmişik.

İKT şöbəsi mütəmadi olaraq həm filial rəhbərliyi tərəfindən verilən tapşırıqları, həm də Təhsil Nazirliyi və ADPU rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtda icra etmişdir. Bütün bu işlərlə parallel olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi Ali və Orta İxtisas təhsili üzrə https://ali.tmis.edu.az/ portalında tələb olunan bütün lazım informasiyalar vaxtında sistemləşdirilmişdir və 2019/2020-ci tədris ilində təhsil alan 800-dən çox tələbənin şəxsi məlumatları müvafiq qayda üzrə portala daxil edilmişdir. Filialdan portal üzrə tələb olunan bütün cari məlumatlar vaxtaşırı yenilənir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış “e-telebe” portalında da bu ilki tədris ilində qəbul olunmuş 211 nəfər tələbələrin şəxsi məlumatların vaxtında işlənilmiş və Nazirliyə vaxtına da görülmüş işlər barədə hesabat verilmişdir. İKT şöbəsi ADPU və NERON şirkətinin layihəsi çox böyük və geniş verilənlər bazasına əsaslanan ATİS – Azərbaycan Təhsilinin İnformasiyalaşdırma Sistemi http://adpu.unibook.az üzərində mütəmmadi olaraq lazimi və tələb olunan yerinlikləri üzərində işləyir. Pandemiya ilə əlaqadar portal öz fəaliyyətin mart ayından dayandırsa da, dekabrın əvvəlindən yenidə fəaliyyətinin davam etdirir. Qeyd etdiyim bu işlər İKT şöbəsi tərəfindən bir ilə yaxın müddət ərzində görülmüş işlərin bir hissədir. Bütün işlərin əmələ gəlməsində bu çətin gündə mövcud riskləri göz önünə alaraq fədakarlıq nümayiş etdirən, bütün kollektivin internet, texniki təminatlarla bağlı işlərini məsuliyyətlə həyata keçirən, dəyərli həmkarımız şöbənin müdiri Yusif Abayevin, əməkdaşları Musayev Hikmətin, Ağası Sərxanın və Orucova İlahənin, çox böyük əməyi var və onlar hər zaman filialın direktoru dosent Yusif Alıyev tərəfindən təşəkkürlər alıblar. Hər birimizə göstərdiyi diqqət və qayğıya görə filialın direktoru dosent Yusif Alıyevə və bu işlərin görülməsində bizə dəstək verən filailın digər əməkdaşlarına minnətdarıq.

 

İKT şöbəsinin müdiri Yusif Abayev

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?