
Yanvarın 20-də ADPU-nun Quba Filialının direktoru dosent Yusif Alıyev, filialın professor-müəllim və tələbə kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.
Əvvəlcə Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlq göstərərək həlak olmuş ölməz şəhidlərimizn məzarları üzərinə qərənfillər düzülüb, onlara Uca Allahdan rəhmət dilənib, daha sonra Şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış abidə önündə sayğı duruşu olmuş, xatirə şəkilləri çəkdirilmişdir.