ADPU-nun Quba filialında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Zəfər Gününə həsr edilən “Milli dövlətçilik tariximizə əbədi həkk olunmuş Zəfər Günü – 8 Noyabr” adlı tədbir keçirilib.
Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba RİH Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, N saylı hərbi hissənin zabit və əsgərləri, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AQƏVŞA İB) Qusar rayon filialının sədri Canəli Hörmətov, Azercell Telekomun Quba bölməsinin rəhbəri Tehran Əmiraslanov, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, heblə filialın kollektivi iştirak edib.
Tədbir filialın Tələbə Gənclər Təşkilatının (TGT) fəallarının hazırladığı təbrik nömrələri ilə yadda qaldı.
Qeyd: Video çarx filialın İKT şöbəsinin müdir müavini Hikmət Musayev tərəfindən hazırlanıb.https://www.youtube.com/watch?v=-pm3KuPkczU