24 fevral 2023-cü il tarixində Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və
Quba rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “İrəli” İctimai Birliyi tərəfindən hazırlanan “Böyüməyən uşaqlar” adlı sənədli film gənclər arasında nümayiş edilmişdir. Tədbir Xocalı soyqırımı qurbanlarının və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilməsindən sonra açıq elan edildi. Quba rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Xəyal Hətəmov Xocalı faciəsi ilə bağlı gənclərə geniş məlumat vermiş, onlara tariximizin qanlı səhifələrini unutmamağı tövsiyə etmişdir. Daha sonra “Böyüməyən uşaqlar” sənədli filmi təqdim olunmuş, tədbirin sonunda gənclərin fikirləri öyrənilmişdir.