Mayın 3-də Türkiyənin ASES Konqres Təşkilat Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Quba filialında Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirib.
Konfransda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, Filologiya fakültəsinin müəllim və professor heyəti, Quba Filialının rəhbərliyi və kollektivi, ASES Konqres Təşkilat Akademiyasının koordinatoru Taner Ali Söylemez, koordinator köməkçiləri Basri Ordu, ekspert müəllim Ekrem Uzunyol, Halil İbrahim Kaya, Niğde Ömer Halisdemir Universitetinin Təhsil fakültəsinin müəllimi prof. dr.Mustafa Talas, Niğde Ömer Halisdemir Universitetinin Ünsiyyət fakültəsinin müəllimi dos. dr. Lokman Zor, Ankara Hacı Bayram Veli Universitetinin Ədəbiyyat fakültəsi və Psixologiya fakültəsinin şöbə müdiri prof. dr. Cengiz Şahin iştirak ediblər.
Konfrans bölmələr üzrə işini bitirdikden sonra ASES Konqres Təşkilat Akademiyasının koordinatoru Taner Ali Söylemez beynəlxalq əkaqələr üzrə prorektor, professor Mahirə Hüseynovaya, Filoligiya fakültəsinin dekanı, dosent Könül Həsənovaya, professor Elman Quliyevə, Quba Filialının direktoru, dosent Yusif Alıyevə və digər təşkilatçılara ASES Konqres Təşkilat Akademiyası adından plaketlər təqdim ediblər.