Filialın 30 nəfər tələbəsinin qoşulduğu təlim günlərində 9:30 – 11:30 saatlarında açılış mərasimi və layihəyə giriş edildi. Avropa Şurasının təlimçilər bazasının üzvü, femACT qadın fondunun təsisçisi Pərvanə Məmmədovanın təlimçiliyi ilə Gender bərabərliyi mövzusunda əsas anlayışlara giriş barədə, Məktəblərdə bullinqlə mübarizə adlı təlimlər keçirildi.
Qeyd edək ki, təlimlər Filialın Şəhid Nuran Mirzəyev adına auditoriyasında keçirilib.