ADPU-nun Quba Filialında qrup nümayəndələri ilə görüş keçirilib.

ADPU-nun Quba Filialında qrup nümayəndələri ilə görüş keçirilib.

ilialımızın direktoru dosent Yusif Alıyev qrup nümayəndələri ilə görüş keçirdi.

       13 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev hər iki növbənin qrup nümayəndələri ilə görüş keçirib. Görüşün əsas məqsədi qruplarda olan problemlərin və digər məsələlərin bir başa qrup nümayəndələrindən dinləmək, onlara müvafiq tapşırıqları vermək, dərsliklərin çatışmazlığı haqqında məlumat almaq, qarşıdan gələn imtahanlar haqqında müzakirələr aparmaq idi. Görüşdə hər ixtisasın tyutorları, Tədris işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ismayıl Mahmudov, fakültə dekanı filologiya üzrə fəlsəfə Qələmşah İdrisov iştirak edib. Direktor dosent Yusif Alıyev tələbələrlə tam səmimi söhbət edərək, onların təklif və şikayətlərini dinləyib, müvafiq qeydlər götürərək bütün neqativ halların qarşısının alınması üçün onlara tövsiyələr verdi. Tələbələr də həmçinin, bildiriblər ki, direktorun səmimi və nizam intizamlı rəhbərlik sistemindən çox razıdırlar və daha uğurlu işlərin həyata keçməsində, həmçinin əllərindən gələn dəstəyi, aktivliyi göstərəcəklərini bildiriblər.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?