ADPU-nun Quba filialında online dərslərlə bağlı hazırlıq işləri yekunlaşıb.

20.09.2020
ADPU-nun Quba filialında online dərslərlə bağlı hazırlıq işləri yekunlaşıb.
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə filialın bütün müəllimləri, əməkdaşları filialın İKT şöbəsi tərəfindən təşkil edilən onlayn “Microsoft TEAMS” kurslarında iştirak edərək, imtahan verdilər və sertifikat əldə etdilər.Bu kurslardan uğurla faydalanan professor və müəllim heyəti üçün aşağıdakı videonun da əhəmiyyəti olduqca böyükdür.
Ümumilikdə, ADPU-nun Quba filialının İKT şöbəsinin müdiri Yusif Abayev başda olmaqla şöbənin bütün əməkdaşlarının filialın tədris, tərbiyə, təlim prosesində baş verən bütün əlamətdar hadisələrdə, texniki tərtibatın uğurlu alınmasında, onlayn təhsilə uyğunlaşmada, müxtəlif internet proqramlarından səmərəli istifadədə, ümumilikdə müxtəlif informasiya texnologiyalarının doğru tətbiqində rolu olduqca böyükdür.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?