ADPU-nun Quba filialında Novruz bayramına həsr olunmuş turnir keçirilib

Martın 23- də ADPU – nun Quba filialının tələbələrindən ibarət komandalar arasında intellektual yarış keçirilib. Yarış milli bayramlarımızdan biri olan Novruz bayramına həsr edilib.
Yarışın təşkilatçılığını filialın TGT sədri Səyyad Nəcəfov, sədr müavini Əhməd Əliyev, İOK sədri Elxan Ələskərov və İOK sədr müavini Şəbnəm Abdullayeva edib. Yarışda 8 komanda iştirak edib. Qalib komandaların təltif edilməsi “ZOOM” platforması üzərindən baş tutub , bu zaman filialın direktor müavini Aysel Şeydayeva, Quba Gənclər və İdman İdarəsinin sədr müavini Mənsur Ağayev və tələbə gənclər iştirak edib. Çıxış edənlər Novruz bayramı münasibətilə təbriklər səsləndirib və oyunla bağlı fikirlərini bölüşüblər. Sonra filialın İOK sədri Elxan Ələskərov qalib komandaların adlarını açıqlayıb və qalibləri təbrik edib. 1- ci yerin sahibi olan  “Poliqon” komandasının kapitanı Lalə Cabbarova və TGT sədri Səyyad Nəcəfov çıxış edərək pandemiya şəraitində gənclərin intellektual inkişafı üçün yaradılan bu şəraitə görə dos.Yusif Alıyevə təşəkkür edib və bundan sonra da bu cür oyunların ərsəyə gəlməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
QEYD:
1-ci yer ” POLİQON” komandası – 37 xal, komandanın kapitanı Lalə Cabbarova

2- ci yer  ” SATURN” komandası – 34 xal, komandanın kapitanı Fidan Məmmədova

3- cü yer ” SİRİUS” komandası – 24 xal, komandanın kapitanı Məhəmməd Hacıbalayev

4- cür yer ” ATOMİC” komandası – 20 xal ( reytinq xalı 94), komandanın kapitanı Hicran Salahova

5- ci yer ” MİRACLE-419″ komandası – 20 xal ( reytinq xalı 62), komandanın kapitanı Həzrət Hacıyev

6- cı yer ” YUPİTER” komandası – 16 xal, komandanın kapitanı Hicran Seyidova

7-ci yer ” QƏLƏBƏ” komandası – 15 xal , komandanın kapitanı Nazlı Fətullayeva

8- ci yer ” POZİTİV BEYİNLƏR” komandası- 10 xal , komandanın kapitanı Elva Ağamirzəyeva

Qalibləri bir daha təbrik edir və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir