ADPU-nun Quba filialında Narkotik vasitələrə qarşı Beynəlxal Mübarizə Günü ilə əlaqadar tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 26 İyun Narkotik vasitələrin sui-istufadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Mən öz gələcəyimi seçirəm” adlı hibrid seminar keçirilib.
Seminarda məruzəçi qismində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı Milli İnformasiya Sektorunun müdiri Raqif Allahverdiyev çıxış edib.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Yusif Alıyev çıxış edib, Raqif Allahverdiyevi salamlayıb, Narkotiklərin qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü haqqında ətraflı məlumat verib.Çıxış edən Raqif Allahverdiyev əvvəlcə filial kollektivini salamlayıb, filialda gənclərin sağlam təlim tərbiyəsi üçün yaradılan şəraitin gözönündə olduğunu vurğulayıb, daha sonra qeyd edib ki, gənclərin bu barədə məumatlılıq səviyyəsi nə qədər çox olsa, nəticə o qədər yaxşı olar. Məruzəçi həm də qurumun bu günə qədər apardığı təbliğatdan, gördüyü işlərdən bəhs edib. Vurğulayıb ki, gənclər çox vaxt yeni növ narkotik vasitələr barədə məlumatsız olur və təsir altına düşürlər. R. Allahverdiyev bu qlobal problemi dövriyyədə kifayət qədər böyük məbləğlərin olması ilə əlaqələndirib. Narkotik maddə istifadə edən şəxslərin görünüşündə baş verən dəyişikliklər, bu vasitələrin xarici görünüşü təsvir edilib. Vurğulanıb ki, narkotik vasitələr cinayətə təşviqdir. Həmçinin istifadəçilər arasında yayılan xəstəliklər, intihara meyillilik, aludəçiliyin fəsadları sadalanıb. Qurumun narkomaniyaya qarşı mübarizə məqsədilə xüsusi qaynar xətt yaratması, elə bunun nəticəsində həmin bəladan əziyət çəkən gənclərin könüllü olaraq məlumat verməyə meyillilikləri qeyd edilib.
Tədbirdə filialın İKT şöbəsinin müdir müavini Hikmət Musayevin hazırladığı videoçarx nümayiş olunub.
Tədbir tələbələrlə sual-cavab formatında davam edib.