ADPU-nun Quba filialında “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda onlayn seminar keçirilib

ADPU-nun Quba filialında “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda onlayn seminar keçirilib

Dekabrın 23-də ADPU-nun Quba filialında tələbələrin istək və arzusuna uyğun olaraq “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda “MAARİFLƏNDİRMƏ SAATI” adlı onlayn seminar təşkil edilib. Seminar “Zoom” platforması üzərindən həyata keçirilib.Seminarın məruzəçisi  “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı Milli İnformasiya sektorunun müdiri  Raqif Allahverdiyev olmuşdur.
Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev Raqif Allahverdiyevi və tədbir iştirakçılarını salamlayıb, Raqif Allahverdiyevə onlayn seminarda iştirakı üçün əvvəlvədən kollektiv adından təşəkkür edib, mövzunun müasir cəmiyyətdə nə qədər aktual olduğunu diqqətə çatdırıb, bildirib ki, hazırda bütün zərərli vərdişlərlə mübarizə məsələsində maarifləndirmə tədbirlərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd edib ki, müasir tələbələrin həyatda formalaşması və gənclərin cəmiyyət üçün sağlam ruhlu, sağlam bədənli, sağlam düşüncəli vətəndaş olaraq yetişməsində belə maarifləndirmə işlərinin çox böyük əhəmiyyəti vardır.

Daha sonra seminarda çıxış edən məruzəçi Raqif Allahverdiyev bildirib ki, hazırda bu bəşəriyyətin dəhşətli bəlası ilə mübarizədə maarifləndirmə tədbirlərinin rolu olduqca böyükdür.Narkomaniyadan, narkotik vasitələrdən asılılığln zərərləri, gəncləri bu bəlaya düçar edən vasitələrin rəngarəngliyi, bu bəladan xilas olmağın yolları haqqında ətraflı məlumat verən Raqif bəy həm də bildirib ki, narkomaniya ilə mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti də önəmlidir.Belə ki,  ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizəyə dair “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Narkomaniya adlı bəşəriyyətin bu bəlasına qarşı mübarizə səylərin birləşdirilməsi artıq olduqca vacibdir.Ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları ilə yanaşı təhsil müəssisəsələri də bu mübarizədə əlindən gələni əsirgəməməli, gənc nəslin sağlam yetişdirilməsi üçün səylə çalışmalı, sağlam maarifləndirmə seminarları təşkil etməlidirlər. Bu səbəbdən də bu günki tədbirin əhəmiyyəti olduqca böyükdür. Daha sonra tədbirdə çıxış edən filialın direktor müavini Aysel Şeydayeva, THİK sədri Aygün Şıxbabayeva, filialın TSPX ixtisasının tələbəsi Mənsur Xaspoladov mövzu ilə əlaqədar öz fikirlərini bildiriblər. Sonda tələbə gəncləri maraqlandıran suallar cavablandırılıb və filialın İBT ixtisasının 1-ci tədris ili tələbəsi Həsənova Rəşidənin hazırladığı “Müasir cəmiyyətdə narkomaniya ilə necə mübarizə aparaq”adlı video çarx nümayiş edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?