ADPU-nun Quba filialında “Keçmişdən gələcəyə böyük İlhamla” adlı onlayn intellektual yarış keçirilib

25.12.2020
ADPU-nun Quba filialında “Keçmişdən gələcəyə böyük İlhamla” adlı onlayn intellektual yarış keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibəti ilə ADPU-nun Quba filialında “Keçmişdən gələcəyə böyük İlhamla” adlı onlayn intellektual yarış keçirilib

“Keçmişdən gələcəyə böyük İlhamla” adlı intellektual yarışı zamanı filialın direktoru dosent Yusif Alıyev, İKT şöbəsinin baş mütəxəssisi Hikmət Musayev, filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi Ayaz Məmmədov, İntellektual Oyunlar Klubunun sədri Elxan Əskərov,  filialın TGT və TEC sədr və müavinləri də iştirak edib. Yarışın təqdimetmə mərhələsində çıxış edən dosent Yusif Alıyev gənclərə olan inamından, onların əldə etdiyi bilik və bacarıqların vacibliyindən, tələbələrimizin hazırlıq səviyyəsindən, davranış mədəniyyətlərinin yüksək olmasından qürurla bəhs edib, və hər zaman tələbələrin yanında olduğunu vurğulayıb.

Yarış 24 dekabr 2020-ci il tarixdə internet üzərindən baş tutub, yarışda 13 komanda iştirak edib, hər komandanın tərkibində də 5 tələbə yarışıb, 30 sual səsləndirilib, sonda qalib komandalara diplomlar təqdim edilib. Yarışın qaliblərinin mükafatlandırılması keçirilib. Yarışın moderatorluğunu filialın İOK sədri Elxan Əskərov həyata keçirib, sualları tərtib edib.

Qeyd:
1-ci yer   ZƏFƏR komandası

Salahova Hicran
Muradova Mədinə
Ağamirzəyeva Elva
Aytac Səlimova
Əliyev Əhməd

2-ci yer   5G komandası

Elvin Şükürov
Azər Zahirov
Xəyal Eyyibov
Fərid Quliyev
Ağayar Məmmədov

3-cü yer   İSTİQLAL komandası

Yusifova Tərgül
İlkin Qaibov
Tapdıqov Ülvi
Babayev Ələkbər
Məmmədsalahov Mahir

Yarışda əldə edilən ballar aşağıdakı kimi olmuşdur:
Kratos-6
Mübarizlər-6
Miracle 419-7
Sirius-7
İstiqlal-9
Qələbə-7
Böyük Turan-1
Difai-3
Dəmir yumruq-4
Bermud-4
Xəmsə-3
5G-11
Zəfər-13

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?