Sentyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialına yeni qəbul olunan tələbələrlə tanışlıq görüşü keçirilib.
Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Məmmədov, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, filialın Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) idarə heyətinin üzvləri və fəalları, professor-müəllim heyəti, I tədris ili tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev çıxış edərək qonaqları və kollektivi salamlayıb, tələbə adını qazanan gəncləri bir daha təbrik edib, onlara yeni başladıqları tələbəlik həyatında uğurlar arzulayıb, dövlətə layiqli vətəndaş, cəmiyyətə yararlı kadr kimi yetişmək üçün filial tərəfindən şərait yaradılacağını açıqlayıb. Müasir dövrdə cənab prezident İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğının filialda da hiss olunduğunu diqqətə çatdırıb. Həmçinin Quba RİH başçısı cənab Ziyəddin Əliyevə də regionda yeganə ali təhsil müəssisəsi olan ADPU Quba filialına və təhsilə göstərdiyi isti münasibətə, diqqət və qayğıya görə filialın kollektivi adından təşəkkür ünvanlayıb.
Tədbirdə çıxışedən, Quba Rayon İcra Hakimiyyətinin (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Məmmədov tədbir iştirakçılarını Quba RİH başçısı cənab Ziyəddin Əliyevin adından salamlayıb, son illərdə rayonumuzda təhsilin kişafı üçün aparılan işlər haqqında ətraflı məlumat verib.
Daha sonra tədbirdə Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev , filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın TGT sədri Həcər Seyidəhmədova, TEC-nin sədri Türkanə Abışova, TEC-nin sədr müavinləri Ayşən Hüseynova, Azər Zahirov çıxış edərək gənclərin cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşması üçün qarşıya qoyulan məqsədlərdən danışıb, bu məqsədlərə çatmaq üçün tələbə-gəncləri fəal olmağa səsləyiblər.
- Mənbə: ADPU-nun Quba filialı
- Müəllif: Yusif Abayev