ADPU-nun Quba Filialında “Gənclərin elmi fəaliyyətinin istiqamətləri” mövzusunda tədbir keçirilib

26.09.2019
ADPU-nun Quba Filialında “Gənclərin elmi fəaliyyətinin istiqamətləri” mövzusunda tədbir keçirilib

Sentyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması işinin gücləndirilməsi məqsədi ilə tədbir keçirilib.

Tədbirdə filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın “Pedaqoji və ictimai fənlər” kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, TEC-nin sədr müavinləri, müəllimlər və tələbələr iştirak eib.

Tədbirdə tələbə-gəncləri elm sahəsinə cəlb etmək, onların bu sahədə istedadlarını üzə çıxarmaq, konfranslarda iştiraklarını təmin etmək məqsədi ilə qarşıda duran işlər, kafedra müəllimlərinin və filialın TEC-nin üzərinə düşən konkret vəzifələr müzakirə edilib.

Sonda çıxış edən TEC-nin üzvləri bildiriblər ki, bu tədris ilindən etibarən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin tapşırığına əsasən TEC-nin fəaliyyətini daha da gücləndirəcək, elmi tədqiqat işlərində və konfranslarda iştirak edən tələbələrin sayının artırılması üçün kafedralarla əməkdaşlıq şəraitində əllərindən gələni edəcəklər.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?