21 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Ədəbiyyat və dillər kafedrasını ən fəal müəllimlərindən olan Kəmalə Bayramovanın təşəbbüsü və təşkilatçılığı, filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələrinin iştirakı ilə Ədəbiyyat klubunun açılışı keçirilib.
Dosent Gülşən Ağabəy tədbiri açıq elan edib, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, ardınca ulu öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbir Kəmalə Bayramovanın moderatorluğu ilə davam edib.
Daha sonra açılış nitqi üçün söz filialın direktoru f.e.d., dos.Yusif Alıyevə təqdim edilib.Çıxış edən Yusif Alıyev təşkilatçılığa görə Kəmalə Bayramovaya təşəkkür edib, tədbirin həqiqətən yüksək səviyyədə hazırlığını yüksək qiymətləndirib.Qeyd edib ki, tədbir istər tələbələrin hazırlığı, istərsə də təşkilatçılıq və tərtibat cəhətdən son illərin ən gözəl tədbirlərindəndir. Direktor həmçinin tədbirdə qonaq qismində iştirak edən filialın məzunlarını, Quba şəhər 1 saylı məktəbin direktor müavini Rəhimə Bayramovanı, 2-ci Nügədi kəndi 2 saylı məktəbinin direktoru Nuridə Ələkbərovanı, Səbətlər kənd orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə İsmiyevanı salamlayıb, onların uğurlarına bir rəhbər kimi sevindiyini bildirib, filialda son illərdə əldə edilən nailiyyətləri diqqətə çatdırıb.
Daha sonra tədbirdə doğum günü münasibətilə Filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev tərəfindən Ədəbiyyat və dillər kafedrasının müdiri v.m.i.e dos.G.Ağabəyə gül dəstəsi təqdim edilib.
Tədbirin bədii hissəsində klassik poeziya nümayəndələri, qədim və orta dövr ədəbiyyatımızın ən görkəmli nümayəndələri olan N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli və Ş.İ.Xətayinin obrazları canlandırılıb, nəsihətləri səsləndirilib.Tələbələrin təqdimatında musiqi nömrələri, müasir dövr Azərbaycan ədəbiyyatı nümunələri ifa edilib, tamaşalar qurulub.
Tədbirin təşkilatçısı K.Bayramova qeyd edib ki, ədəbiyyatımızda həmişə xalqın qəhrəmanlarına, öndərlərinə, uzaqgörən oğullarına həsr edilən əsərlər yazılıb. Bildiyimiz kimi yekunlaşmaqda olan bu 2023-cü il Heydər Əliyev İlidir. Xalqın öz sevimli oğluna, uzaqgörən lideri, dahi Heydər Əliyevə də çoxsaylı bədii əsərlər həs olunub. Tədbirimizin bu hissəsindən də məhz ona həsr edilən şeirlərdən birinə bəstələnən musiqiyə yer vermək istəyirik. Tədbirdə “Sən elə bir zirvəsən” musiqisinin ifası bütün iştirakçılarda xüsusi fərəh hissi oyadıb
Tədbir ərzində təqdim edilən bütün nömrələr tədbir iştirakçıları tərəfindən yüksək qarşılanıb.
Sonda hamıya hədiyyə Əlfəcinlər təqdim edilib, simvolik tort kəsilib, xatirə şəkli çəkdirilib.