ADPU Quba filialının Azad Nəbiyev adına “Bilgə ocağı”nda Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə filialın Kitabxana müdiri Samirə Hacıyeva, Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova filialın müəllim və tələbə kollektivi iştirak edib. Tədbiri açıq elan edən filialın Kitabxana müdiri Samirə Hacıyeva tədbir iştirakçılarını salamlayıb, BMT yaranması, dünya dövlətləri içərisindəki nüfuzu haqqında məlumat verib. Daha sonra tədbirdə Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova çıxış edərək İnkluziv təhsil, inkluziv təhsilin mahiyyəti haqqında tələbə gəncləri məlumatlandırıb. Daha sonra tədbirdə böyük kitabxanaçı Zeynəb Ağayeva çıxış edərək bildirib ki, BMT 1945-ci ildə yaradılmış təşkilatdır, hazırda 193 ölkə bu təşkilata üzvdür, və 20 ildən çoxdur ki, BMT-nin Azərbaycan Nümayəndəliyi fəaliyyət göstərir. Daha sonra tədbirdə BMT-nin Sülh səfiri sertifikatına layiq görülmüş, filialın əməkdaşı Nəhayət Şirinova çıxış edərək BMT-nin əsas vəzifəsi, gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonda tədbirdə filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi ” ixtisasının IV tədris ili tələbəsi Poladova Bənövşə, Ragimova Şəbnəm, “Tarix coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Mayılov Zülfüqar çıxış ediblər.
- Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev