Bu gün (11 oktyabr 2023-cü il) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regioanl miqrasiya idarəsinin təşkilatçılığı ilə “Əcnəbilərin leqallaşdırılması prosedurları və təhsil hüququ” mövzusunda tədbir keçirilib
Tədbirdə Filialın direktoru f.e.d. Yusif Alıyev, Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Nail İsayev, Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Amil Sayılov, Filialın rəhbərliyi, pedaqoji kollektivi və tələbə heyəti iştirak edib.
Tədbirdə əvvəlcə müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş nitqi ilə açıq elan edən Filialın direktoru f.e.d. Yusif Alıyev əvvəlcə Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynova öz təşəkkür və salamlarını ifadə edib, daha sonra Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Nail İsayevi, Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Amil Sayılovu kollektivə təqdim edib. Qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində xidmətləri olduqca yüksəkdir. Bugünkü tədbirin mövzusu da olduqca aktualdır. Belə ki, hazırda Filialın da beynəlxalq əlaqələri yüksələn xətt üzrə inkişaf edir, Filialda Beynəlxalq əlaqələrin tənzimlənməsi üzrə mütəxəssis fəaliyyət göstərir, 1 tələbəmiz ERASMUS+ layihısi ilə xaricdə təhsil proqramına cəlb edilib, builki məzunlarımızdan 2 nəfər xaricdə magistratura proqramına qəbul olub. Buna görə də istər əcnəbi tələbələrin ölkəmizdə, istərsə də tələbələrimizin xarici ölkələrdə təhsil hüququ haqqında Filial kollektivinin məlumatlanması olduqca əhəmiyyətlidir.
Daha sonra çıxış edən Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Nail İsayev də tədbirin təşkilatçılığına görə Filial rəhbərliyinə öz təşəkkürünü bildirib, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 19 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanına əsasən yaradılmışdır. Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.Dövlət Miqrasiya Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri olduğu yer üzrə qeydiyyata almaq, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələlərini həll etmək kimi vəzifələri yerinə yetirir. Regionda da bu vəzifələr uğurla həyata keçirilir.
Daha sonra tədbirdə professor-müəllim heyəti və tələbələr tərəfindən ünvanlanan suallar miqrasiya xidməti əməkdaşları tərəfindən cavablandırılıb.
Qeyd edək ki, ADPU-nun Quba filialının Akt zalında keçirilən tədbirdən sonra xatirə şəkli çəkdirilib.